Ronalda və Messinin tarixi fotosunun qiyməti məlum olub


Ulduz futbolçular Lionel Messi və Kristiano Ronaldonun birgə olduğu tarixi fotonun qiyməti bəlli olub.

ronalda-ve-messinin-tarixi-fotosunun-qiymeti-melum-olub
21.11.2022 16:01 1 dəq oxuma

Futbol tarixinin ən yaxşı futbolçuları sırasında göstərilən Lionel Messi və Kriştiano Ronaldonun sosial şəbəkələrdə paylaşdıqları fotonun qiyməti məlum olub. 

Məşhur amerikalı fotoqraf Enni Leybovitsin iki futbolçunun ayrı-ayrılıqda çəkdiyi şahmat fotosu təxminən 4 milyon 300 min dollara başa gəlib.  Ronaldonun bu paylaşıma görə 2,4 milyon dollar, Messinin isə 1,7 milyon dollar aldığı bildirilir.

Foto ilə bağlı sonradan ortaya çıxan bir fakt hər kəsi təəccübləndirib. İki dünya şöhrətli futbolçunun fotoları ayrı-ayrı vaxtlarda çəkilib, sonra montajla birləşdirilib. 

TurpKimi.com