Rusiyada məktəb kitablarının müəllifləri səhvə görə məsuliyyətə cəlb ediləcək


Cəza ekspertlərə də aiddir...

rusiyada-mekteb-kitablarinin-muellifleri-sehve-gore-mesuliyyete-celb-edilecek
16.12.2021 10:58 1 dəq oxuma

Rusiyada məktəb dərsliklərinin müəllifləri kitablardakı səhvlərə görə məsuliyyətə cəlb edilə bilər.

Bu təkliflə Rusiya Dövlət Dumasının Təhsil Komitəsi çıxış edib.

Hələlik hansı cəzanın veriləcəyi və ümumilikdə prosesə hansı qurumun nəzarət edəcəyi dəqiq deyil.

Cəza tədbirləri həmçinin hazırlığın son mərhələsində dərslikləri yoxlayan ekspertlərə qarşı da həyata keçirilə bilər.

Mənbə: Pnp.ru / Oxu.az