Niyə?
Tanınmış rusiyalı virusoloq, akademik Vitaliy Zverev sentyabr-oktyabr aylarında Rusiyada tətbiq olunmağı planlaşdırılan yeni vaksini etibarsız hesab edir.
Onun fikrinə görə preparat çox qısa müddət ərzində hazırlanıb və bu etibar yaratmır.
Saglamolun.az bildirir ki, bu haqda Zverev «Эхо Москвы» radiostansiyasının efirində danışıb. Alim qeyd edib ki, vaksinasiyanın sentyabrda (bəzi məlumatlara görə oktyabrda) başlanması çox risklidir.
Akademikin sözlərinə görə effektli və təhlükəsiz vaksinin hazırlanması üçün 3-4 il tələb olunur və yeni vaksinin çox qısa müddət ərzində hazırlanması “çoxlu suallar doğurur”.
“Yeni infeksiyanın aşkar olunmasından yarım il sonra ona qarşı vaksin təklif edilirsə, bu məndə şübhələr yaradır. Mən bilmirəm – bu vaksin etibarlıdır yoxsa yox, bu müddət ərzində bunu anlamaq mümkün deyil”, - akademik Zverev bildirib.
Həmçinin alim qeyd edib ki, insanlar həyatı boyu çoxlu viruslarla qarşılaşır və indiki infeksiya ən təhlükəlisi deyil.