Rusiyanın Səhiyyə naziri Mixail Muraşko...
Rusiyada qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib.
TurpKimi.com APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.
O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.
“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, - deyə rusiyalı nazir vurğulayıb.
Qeyd edək ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.