HAVA PROQNOZU - Sabah 22 dərəcə isti olacaq


Aprelin 14-nə olan hava durumu...

sabah-22-derece-isti-olacaq
13.04.2020 13:53 1 dəq oxuma

Aprelin 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə aprelin 14-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Aprelin 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 18-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Əhvalınızın istənilən havada gözəl olması arzusuyla TurpKimi.com