Sabah 25 dərəcə isti olacaq - HAVA PROQNOZU


Martın 12-nə olan hava durumu...

sabah-25-derece-isti-olacaq
11.03.2020 22:18 1 dəq oxuma

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əhvalınızın istənilən havada gözəl olması arzusuyla TurpKimi.com

loading...