Sabah Bakı küləkli olacaq - Cümə günün havası


İyulun 26-na olan hava durumu.

sabah-baki-kulekli-olacaq
25.07.2019 16:49 1 dəq oxuma

Sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 29-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Əhvalınızın istənilən havada gözəl olması arzusuyla TurpKimi.com

loading...