Sabah temperatur daha yüksək olacaq... - 30 dərəcə


20 aprel 2024-cü il...

sabah-temperatur-daha-yuksek-olacaq
19.04.2024 23:41 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Əhvalınızın istənilən havada gözəl olması diləyi ilə TURPKİMİ.COM