Saç düzləşdirməyin təbii yolu - Bir dəfəyə mükəmməl nəticə


Düz saçların arzusunda olanların nəzərinə...

sac-duzlesdirmeyin-tebii-yolu
12.12.2021 01:38 1 dəq oxuma

İpək kimi düz saçlara sahib olmağın təbii üsulu zeytun yağlı saç maskasıdır.

Düz saçlı qadınlar dalğalı saçlara sahib olmağı arzuladığı halda, qıvrım saçlı qadınlar da ipək kimi düz saçlarının olmasını istəyir. Hər iki seçim üçün bir çox vasitə və cihazlar var, ancaq bunların hamısı saçlara ciddi zərər verir. Hansı ki saçlarımızı düzləşdirmək üçün ehtiyacımız olan yeganə şey zeytun yağıdır.

Zeytun yağlı saç maskası...

3 xörək qaşığı zeytun yağını isidin və saçınıza sürtün. Bir balaca istilik yaratmaq üçün saçlarınızı sellofanla bağlayın. Daha gözəl nəticə əldə etmək üçün saçı bu şəkildə bir gecə saxlayın. Daha sonra saçlarınızı yuyun. Yağlanmış saçları təmizləmək bir az çətin ola bilər. Bunun üçün də saçlarınızı limon suyu qatılmış isti su ilə yuya bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 23-03-2019