Saçda kəpəyi yox edən və parıldadan - Aspirin


sacda-kepeyi-yox-eden-ve-parildadan
18.12.2018 03:15 1 dəq oxuma

Aspirin ilə saçlarınızla bağlı yaşadığınız bir çox problemlərə çarə tapacaqsınız.

Bildiyimiz kimi saçlarımız bəzi prosedurlardan sonra korlanır. Kaş ki, bu qədər prosedurlarla yanaşı saçlarımız korlanmasa və parlaqlığını itirməsəydi dediyimiz anlar olur. Əslində bu mümkündür, üstəlik təbii yolla…

TurpKimi.com bildirir ki, aspirin ilə edəcəyiniz qulluq bu saçlarınızın parıldamasına səbəb olacaq.

-Xüsusilə də açıq rəngli saçlarınız varsa, xlorlu su, günəş işığı kimi bir çox səbəbdən dolayı saçlarınızın rəngi daha da açılır. Bunu təbii yolla bərpa etmək üçün bir neçə aspirini ilıq suda həll edin. Məhlulu saçlarınıza sürtün və 15 dəqiqə saxladıqdan sonra qurulayın.

-Saçlarınızla bağlı ən çox şikayət etdiyiniz problemlərdən biri saçqıranlardır? Aspirindəki salisil turşusu saçdakı qırılmaları azaldır və saçın daha parlaq olmasına kömək edir.

-Saçlarla bağlı bir çoxlarının rastlaşdığı problemlərdən biri də kəpəkdir. İstifadə etdiyiniz saç şampunlarının içərisinə aspirin əlavə edərək kəpəkdən qurtula bilərsiniz. Aspirindəki salisil turşusu baş dərisindəki ölü dəri hüceyrələrini aradan qaldıracaq və kəpəkləri azaldacaq.

Lakin burda diqqət edəcəyiniz bir nüans var: Saç dərinizdəki təbii yağları yox etmək istəmirsinizsə, aspirini ayrıca istifadə edin. Belə ki, həftədə bir dəfə bir neçə aspirini şampununuza əlavə edin.

Firuzə Alimova / TurpKimi.com