Qidalanma şəklinizdən, müxtəlif vitamin və mineral çatışmazlığından və ya istifadə etdiyimiz saça qulluq vasitələrindən asılı olaraq saçlarımızda azalma və zəiflik yaranır.
Siz də saçlarınızın incəlməsindən və gec uzanmasından şikayət edirsinizsə təklif edəcəyimiz maskalardan könül rahatlığı ilə istifadə edə bilərsiniz.
TurpKimi.com ev şəraitində hazırlanmış təbii vasitələrdən hazırlanmış, saçları uzadan və gücləndirən, gurlaşdıran maska reseptlərini təqdim edir:
Hindqozu yağı
Hindqozu yağını birbaşa tətbiq etmək zədələnmiş saçları qoruyur. Saçların uzanması üçün lazım olan zülal və ya amin turşusu itkisini azaldır, sərt kimyəvi maddələr ehtiva edən məhsulların yan təsirlərindən qoruyur.
Saç dərinizə bir neçə yemək qaşığı hindqozu yağı ilə masaj edin və bir saat sonra yuyun.
Amla – Hind motmutu
Türkiyədə Bektaşi üzümü, Azərbaycanda motmutu, beynəlxalq dildə amla adlandırılır. Amla Hindistanda saç tökülməsində istifadə edilən məşhur dərmandır. Folekullardakı dermal papilla hüceyrələrini xəbərdar edərək saç böyüməsini sürətləndirir.
Eyni zamanda saçın təbii böyümə dövrünün aktiv mərhələsini də uzadır. Amla yağını ovucunuzun içi ilə saçlarınızı masaj edərək tətbiq edin və bir saat sonra yuyun.
Soğan suyu
Soğan suyu fitokimyəvi birləşmələrlə zəngin olduğuna görə, saçqıranı belə müalicə edə bilər. Suyunu çıxartmaq üçün yarım soğanı əzib süzün və baş dərisinə tətbiq edin. Qoxudan xilas olmaq üçün bol şampunla yuyun. Bunu həftədə iki dəfə edin.
Çəmən otu
Bu az istifadə edilən komponent bioaktiv birləşmələrlə zəngin olduğuna görə saçları parladır. Ancaq soya paxlası, yer fındığı və ya yaşıl göy noxud kimi paxlalılara allergiyanız varsa, çəmən otu toxumlarına da allergiyanızın olacağını bilməlisiz.
Toxumların dörddə birini bir gecə suda saxlayın. Daha sonra onları bir məcun halına gətirin və 30 dəqiqə boyu saç maskası kimi tətbiq edin, yalnız su ilə durulayın.
Qatıq
Qatığın əsas komponentləri böyüməyi sürətləndirən və ziyanı azalda bilən probiotiklərdir. Qatığın saçın keyfiyyətini artırdığı təcrübələrdə sübuta yetirilib.
Saç sağlamlığınızı inkişaf etdirmək üçün hər gün qatıq yeməyiniz kifayətdir.
Yaşıl çay
Üz, gözaltı maskalarda yaşıl çay paketləri uzun illərdir təbii gözəllik xilasedicisi kimi işlədilir. Yaşıl çay antioksidantlar və polifenollarla zəngindir. Çaydakı bioaktiv birləşmələr saç tökülməsini belə azalda bilər. Faydalarından yararlanmaq üçün gündə bir neçə stəkan içə bilərsiniz.
Bibəriyə yağı - Rozmarin
Uçucu yağlar saçlarını istədikləri kimi uzatmaqda çətinlik çəkənlər üçün məşhur vasitədir. Bibəriyə yağı böyüyən və androgenetik alopesinin müalicəsi üçün ən əhəmiyyətli esansial yağlardan biridir.
Dərinizi qorumaq üçün bir neçə damla bibəriyə yağını başqa bir yağla qarışdırın, durulamazdan əvvəl saç dərisinə və saça masaj edin. Əsas komponent olaraq bibəriyə yağı ehtiva edən şampunlar və saç kremləri də ala bilərsiniz.
Balıq yağı
Maye və ya kapsula formada balıq yağı istehlak etmək saçı uzadır. Balıq yağı DHA və ya dokosaheksaenoik adlı qiymətli turşu ilə zəngindir. Saç dərisindəki dermal papilla hüceyrələrini çoxaldır, bu da saç tökülməsini önləyir və keçəlliklə əlaqədar problemləri həll edir.
Qəhvə
Çoxları bir fincan qəhvənin saç problemlərini həll edə biləcəyini bilmir. Kafein saçların uzanmasına kömək olur və saç böyüməsinin aktiv mərhələsini uzadır. Bu da keçəllik və ya saç incəlməsini azaldır. Gündə bir fincan qəhvə içməklə bu problemdən xilas ola bilərsiniz.
Yumurta
Yumurta sarısı maskası saç problemlərini həll edir. Yumurta saçları həm yaxşılaşdıran, həm də bəsləyən, onları mümkün olduqca güclü edən yüksək miqdarda lesitin və zülal ehtiva edər. Kəpəyə qarşı mübarizədə kömək edən yüksək miqdarda kükürdlə də zəngindir.
İki yumurtanı iki yemək qaşığı zeytun yağı ilə qarışdırın. Yapışqanlığı azaltması üçün yarım stəkan su ilə yüngülləşdirin. Daranmış quru saça tətbiq edin və şampunlamazdan əvvəl 30 dəqiqə gözləyin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
09-05-2021