Saçların gözəl görünməsi üçün yumşaldıcı, nəmləndirici və parladıcı təsir göstərən möcüzəvi qidalardan biri də baldır.
TurpKimi.com-un təqdim etdiyi 3 saç maskasında baldan istifadə edərək daha güclü və daha tez uzanan saçlara nail olmaq mümkündür.
Bal saçın və saç dərisinin zərər görməsini önləyən antioksidantlar baxımından da zəngindir.
Bal, banan və zeytun yağı
Bu maska saçların hər vaxt super yumşaq, parlaq və nəmli olmasını təmin edir.
Lazım olanlar:
- 1 banan
- 3 yemək qaşığı bal
- 3 yemək qaşığı zeytun yağı
Hazırlama qaydası:
Bananı dilimləyib, çəngəllə yaxşıca əzin. Sonra bal və zeytun yağını əlavə edib yumşalana qədər qarışdırın. Maskanı nəmli saça çəkmək lazımdır ki, saç daha yaxşı qidalana bilsin. 30 dəqiqə gözləyin. Daha sonra şampunla yuyun.
Bal və gənəgərçək yağı (hint yağı da deyirlər)
Gənəgərçək yağı saçları qidalandırır, uzadır. Saç tellərini gücləndirən yağ turşuları və vitaminlərlə zəngindir, baş dərisi infeksiyaları ilə mübarizə aparır və göbələyin qarşısını alır.
Lazım olanlar:
- 2 yemək qaşığı bal
- 3 yemək qaşığı gənəgərçək yağı
Hazırlanması:
Hər iki vəsaiti kiçik bir kasaya əlavə edin və yaxşıca qarışdırın. Maskanın saça yaxşıca tətbiqi üçün saçınızı dörd hissəyə ayırın. Maskanın saça yaxşı hopdurmaq məqsədilə spreylə saçınıza su püskürdün. Maskanı saçlarınıza hopdurun və istiliyi tutmaq və saçınızda 30 dəqiqə gözlətmək üçün başınızı bağlayın. Daha sonra saçları normal şampun ilə yuyun.
Bal, aloe vera və qatıq
Aloe vera iltihab əleyhinə çox yaxşı təsir göstərən bitkidir. Saçın uzanmasına kömək edən B2, B6 vitaminləri və fol turşusu baxımından möcüzə yaradır. Qatıq da zülalla zəngindir. Baş dərisini təmizləməyə və ölü dəri hüceyrələrini aradan qaldırmağa kömək edən laktik turşu ehtiva edir.
Vəsaitlər:
- 2 yemək qaşığı bal
- 3 yemək qaşığı aloe vera geli
- 2 yemək qaşığı qatıq
- 2 yemək qaşığı zeytun yağı
Hazırlanması:
Bal, qatıq və zeytun yağını bir kasada qarışdırın. Aloe veranın gelini özünüz əllərinizlə çıxardın. Bütün vəsaitləri yaxşıca qarışdırın. Tətbiq etmək üçün saçınızı dörd hissəyə ayırın və maskanın saça daha yaxşı hopması üçün sprey şüşəsi ilə nəmləndirin. Saçınıza çəkin və maskanı 30 dəqiqə gözlədin. Daha sonra normal şampun ilə yuyun.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
04-03-2021