Saçlarını ildə təxminən 12 dəfə boyayan qadınlar boyamayanlara nisbətdə daha çox xərçəng riski daşıyır.
TurpKimi.com xəbər verir ki, gözəlləşmək uğrunda istifadə edilən kosmetik ləvazimatların tərkibində zərərli kimyəvi maddələr var.
Mütəxəssislərin araşdırmalarına görə, xüsusilə saç boyalarında olan kimyəvi maddələr orqanizmə zərər verir.
Saç boyalarının içərisində olan maddələr saç dərisi tərəfindən sorulub gələcəkdə sidik kisəsinin, qaraciyər və beyin xərçənginə səbəb olur. İngiltərədə aparılan araşdırmalara görə, saçlarını ildə təxminən 12 dəfə boyayan qadınlar, heç boyamayanlara nisbətən sidik kisəsinin xərçənginə 2 dəfə daha tez tutulur. Bir çox Avropa ölkəsində isə boyalarda istifadə edilən bir sıra zərərli kimyəvi maddələr qadağan edilib. Mütəxəssislər istifadə olunan boyanın tərkibini dərindən bilməyi tövsiyyə edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com