Saçınızın rəngi şəxsiyyətinizlə bağlı bu mesajı verir


Sizin saçınız hansı rəngdədir?

sacinizin-rengi-sexsiyyetinizle-bagli-bu-mesaji-verir
10.02.2022 13:58 2 dəq oxuma

Saçı boyamaq, müəyyən dəyişikliklər etmək bir çox  qadının həvəslə gördüyü baxımdır. Bəziləri təbii saç rənginə sadiq qalsa da, bəziləri saçını tez-tez yeni rənglərə boyadır. Bəs seçdiyiniz rənglərin şəxsiyyətiniz haqda məlumat verdiyini heç düşünmüsünüz?

TurpKimi.com bildirir ki, aparılan aradırmalara görə həyatlarına yenilik qatmaq istəyən qadınların dəyişikliyə ilk olaraq saçlarından başladıqları iddia edilir. Saç rəngini tez-tez dəyişdirən qadınların isə həyatlarındakı eynilikən çıxmaq istədikləri qeyd edilir.

SARI SAÇ

Baxımı ən çətin olan, saçı zədələyən bu saç rənginə bir çox qadın vurğundur. Bu rəngə üstünlük verən qadınların ehtiraslı, inadkar, özünə diqqət göstərən, estetik görünüşə sahib xüsusiyyətləi oladuğu iddia edilir.

QƏHVƏRƏNGLİ SAÇLAR

Təbii saç rənginə ən yaxın rəng olan qəhvərəngli tonlara üstünlük verən qadınların idealist, minimal, uğura doğru addımlayan, sakit və məsuliyyətli olduqları iddia edilir.

QIZILI SAÇLAR

Bu saç rəngi son zamanlar o qədər məşhur olub ki, hər tonuna rast gəlmək mümkündür. Qızılı saç rəngini seçən qadınların sevimli, yaradıcı fikirli, özünə güvənən, yüksək idealları olan şəxslər olduğu iddia edilir

 QARA SAÇLAR

Qapqara saçlalrı insanı bir qədər sərt göstərsə də, bir çox insana yaraşır. Bu saç rənginə üstünlük verən qadınlar isə xırdaçı, mükəmməlçi, praktik, qərarlı və kariyeraya üstünlük verdikləri iddia edilir.

BOZ SAÇLAR

Əvvəllər yaşlı qadınların seçdiyi rəng tonu olan bu seçim artıq hər yaşda olan qadında rast gəlmək mümkündür. Boz saçı seçən qadınların sənət aləminə, insan münasibətlərinə üstünlük verdikləri, güclü, əyləncəyə maraqlı, məntiqli və azad ruhlu olduqları iddia  edilir.

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 15-06-2021