Saçınızın rəngini limonla açın – - Daha 5 faydası


Yeməklə faydası bitməyən limon müxtəlif şeylər üçün də istifadə edilir.

sacinizin-rengini-limonla-acin
05.12.2018 22:40 2 dəq oxuma

Daha çox çay içərkən, yeməklərdə və salatlarda istifadə etməyə öyrəşdiyimiz limon insan sağlamlığı üçün həddən artıq faydalıdır. Hər gün bir ədəd limon yemək insanı gələcəkdə baş verəcək bütün xəstəliklərdən sığortalayır. Lakin yeməklə faydası bitməyən limon müxtəlif şeylər üçün də istifadə edilir.

1 – Dişləri ağardır…

Bahalı diş vasitələri yerinə limondan istifadə etsəniz gözəl və mükəmməl nəticə əldə edəcəksiniz. Belə ki, limon suyu ilə çay sodasını qarışdırıb diş pastası kimi həftədə 2-3 dəfə dişlərinizə sürtə bilərsiniz. Həssaslığı olan insanlar bu qarışıma az miqdarda zeytun yağı da əlavə edə bilər.

2 – Yağlı dəriyə və qara nöqtələrə son qoyur…

Limon dərinizdəki yağı özünə çəkir. Bir parça pambığa bir neçə damcı limon sıxın və yatmazdan əvvəl üz dərinizi təmizləyin. Üzünüzdəki qara nöqtələr üçün isə yarımm limonun suyunu balla qarışdırıb həmin hissələrə çəkin. 5 dəqiqə gözləyib soyuq su ilə yuyun.

3 – Saçın rəngini açır…

Saçınızın rəngini açmaq üçün rəng və ya kosmetik vasitələri deyil, təbii yolları seçin. Limon suyunu saç spreyinizə əlavə edin və saçlarınıza vurun. Günəşə çıxdığınız zaman saçlarınızda təbii kölgələrin yarandığını görəcəksiniz.

4 – Dırnaqları qüvvətləndirir…

Əgər tez-tez dırnaq boyasından istifadə edirsinizsə, dırnaqlarınız zəifləyir. 1 xörək qaşığı zeytun yağına bir neçə damcı limon əlavə edin və qarışdırın. Bu qarışığı dırnaqlarınıza sürtün. Ən yaxşısı gecə yatmazdan əvvəl sürtmək və əlcək geyinərək yatmaqdır. Səhər oyandığınız zaman əlləriniz yumşalacaq və dırnaqlarınız güclənmiş olacaq.

5 – Quru dəriyə gözəl təsiri…

Başınızın dərisindən dodaqlarınıza, dizlərinizdən dirsəklərinizə qədər limonun yaratdığı möcuzəyə inanmayacaqsınız. Baş dərisi üçün limon suyu, bal, zeytun yağı və hindistan qozunun yağını qarışdırıb saçınızın diblərinə sürtün. 10 dəqiqə gözləyib yuyun. Daha yumuşaq üz dərisi üçün bir parça limonu yatmazdan əvvəl dərinizin quruyan hissəsinə sürtün və səhər yuxudan qalxdığınız zaman yuyun.

Firuzə Alimova / TurpKimi.com