Sadəcə bir az yeyin və özünüzü xoşbəxt hiss edin


Bu qidaları yeyəndə orqanizmdə  xoşbəxtlik hormonu ifrazı çoxalır.

sadece-bir-az-yeyin-ve-ozunuzu-xosbext-hiss-edin
21.11.2021 13:36 3 dəq oxuma

Şübhəsiz yaşadıqlarımız qədər yediklərimizin də xoşbəxtliyimiz üzərində böyük təsiri var. Təcrübələrə görə, bəzi bəslənmə vərdişləri insanın özünü bədbəxt hiss  etməsinə səbəb olur. Xoşbəxtliyin düsturu kafi və balanslı bəslənməkdən keçir. 

TurpKimi.com xəbər verir ki, Qidalanma və Diyet üzrə Mütəxəssis Yıldız Melek Aksoylu bəzi qidaların ruh halını tənzimləyən serotonin istehsalını təmin edən triptofan amin turşusu ehtiva etdiyini bildirib. 

"Xoşbəxtlik hormonu təmin edən yeməklər hansılardır" sualının cavabı ilə maraqlananlar üçün siyahını təqdim edirik. 

Tərəvəz və meyvələr zəngin antioksidant, vitamin və mineral qaynağıdır. 

Siyahıda ilk yeri  banan, nar, yazda çiyələk, moruq, böyürtkən, kivi tutur. 

Meyvələrin vitamin və mineralından faydalanmaq üçün mövsümündə istehlak etməliyik.

Kefir, qatıq, ayran kimi probiotik ehtiva edən məhsullar da adamı xoşbəxt edir. 

Az su içmək insanın özünü qəmgin, bədbəxt hiss etməsinə səbəb olur. İş keyfiyyətini aşağı salır. 

Eyni zamanda çox miqdarda kafein istehlakı da insanın özünü bədbəxt hiss etməsinə səbəb olar. Qəhvəni həddindən artıq içməməliyik. 

Qazlı içkilər, meyvə suları, çay su qrupunda iştirak etmir. 100 kilo olan bir qadın gündəlik 3 litr, kişi isə 3,5 litr su içməlidir. 60 kiloda olan bir qadın 1,5-2 litr, kişi isə 2-2,5 litr su istehlak etməlidir.

Suyu çox içmək də zərərlidir,  çünki bədəndəki bəzi mineral tarazlığını pozur.

Həddindən artıq kafein istehlakı da xoşbəxt olmağa səbəb  olan  mineralların bədənimizdən atılmasına səbəb olar.

Diyetoloq bildirir ki, 1 filtr qəhvə, 2 Türk qəhvəsi, 2  fincan da  çay içdikdə gündəlik kafein ehtiyacını qarşılayır.

Kakao nisbəti yüksək olan şokolad yeyə bilərsiniz, amma... 

Yuxu nizamının insan psixologiyasına təsir etdiyini qeyd edən  Aksoylu  "Tərkibində serotonin olan qidalar bizi xoşbəxt edər. Kafi və balanslı bəslənmə bizi xoşbəxtliyə aparacaq ən əhəmiyyətli ünsürdür. Makaron, şirniyyat,  şokolad yeməyi çox sevirik, bunları balanslı istehlak etsək zərər verməzlər. Lakin şəkərli qidaları yüksək miqdarda yemək insanın özünü pis hiss etməsinə səbəb olur. Kakao nisbəti yüksək olan şokolad yeyərsinizsə xoşbəxt olarsınız, ancaq çox istehlak etsəniz əks təsir göstərir" –deyə qeyd edib. 

Yaşıl yarpaqlı tərəvəzlər depressiyanın dərmanıdır

İspanaqda depressiyanı yüngülləşdirən və yorğunluğu azaldan fol turşusu var. Yaşıl yarpaqlı tərəvəzlərdən ispanaq, pazı, brokoli, gül kələmi, pırasa, qırmızı kələm, pərpətöyün  istehlak edin.

Çərəzlər də yeyə bilərik, amma balanslı şəkildə,  çünki kalorisi yüksəkdir. Qoz omaqa-3 qaynağıdır, immuniteti gücləndirir. Hind toyuğu əti və yulaf da serotonini yüksəldir. 

Simit və qoğalın yanında pendir və yumurta yeyin 

Karbohidratla zəngin qidalanma immunitet sistemini zəiflədir. "Səhər simit və ya qoğal yeyirsinizsə,  yanına pendir və yumurta əlavə edin.

Günorta da tərəvəz istehlak edin; bu cür nizamlanarsa həm sağlamlığımız pozulmaz, həm də zərərsiz olduğu üçün özümüzü bədbəxt hiss etməyimizə səbəb olmaz. 

Yumurta ən faydalı qida qaynaqlarımızdan biridir, hər səhər istehlak edilə bilər. Çox yaxşı zülal qaynağıdır, tox tutur" -deyə, mütəxəssis bildirir. 

Yazılıb: 10.05.2021-ci il

Vüsalə Əlövsətqızı, TurpKimi.com