Yay meyvələrinin çıxması ilə keks reseptləri də zənginləşdirildi.
Damağınızda həm şirin, həm də turş ləzzət qoyan və tez bir zamanda hazırlaya biləcəyiniz keks reseptini sizlərlə bölüşürük:
Samovarı alışdırın, o qaynayana kimi keksiniz hazır olacaq.
TurpKimi.com sizə lazım olan ərzaqların siyahısını təqdim edir
1, 5 su stəkanı un
1 su stəkanı şəkər tozu
1/3 su stəkanı əridilmiş kərə yağı
1 ədəd yumurta
3/4 (bir yarım+dörddə bir) su stəkanı süd
1 paket qabartma tozu
1 paket vanilin
1/2 (yarım) çay qaşığı darçın
1/2 (yarım) çay qaşığı duz
2-3 ədəd şaftalı
1 ovuc böyürtkən
Hazırlanma qaydası:
İlk olaraq şaftalıları soyub dilimləyirik. Nektarin də istifadə edə bilərsiz.
Yumurta və şəkər tozunu ağaranacan çalırıq. Mikseriniz yoxdursa, əldə 2-3 dəqiqə çırpmanız kifayətdir.
Daha sonra süd, əridilmiş yağ və quru ərzaqları əlavə edərək qarışdırırıq.
Əvvəlcədən yağlı kağız sərdiyiniz, ya da yağladığınız qaba meyvələrin yarısını tökürsüz. Üzərinə xəmiri tökürük və ən üstə təkrar meyvələri əlavə edirik.
Sonda meyvələrin üzərinə bir qaşıq şəkər tozu səpirik.
Keksimizi əvvəlcədən isidilmiş sobada, 170 dərəcədə 45 dəqiqə bişiririk. Üzərinin qızarmasına aldanmayın, 45 dəqiqə bişirib diş çöpü testindən keçirdin, sonra sobadan çıxardın.
Servis üçün əlavə: Əridilmiş ağ şokolad, ya da vanilli dondurma ilə bəzəyərəq ləzzəti ikiyə qatlaya bilərsiniz.
Nuş olsun.
Vüsalə Əlövsətqızı, TurpKimi.com