Sağalandan 3 ay sonra peyvənd olunmaq mümkündür - VİDEO


Virusa yoluxub evdə sağalanlar üçün tövsiyyə...

sagalandan-3-ay-sonra-peyvend-olunmaq-mumkundur
02.06.2021 21:27 1 dəq oxuma

COVID-19-a test vermədən yoluxub-sağalanların rəsmi olaraq heç bir xəstəxanada qeydiyyatı yoxdu. Belə olan halda həmin şəxslər immunitet serfikatını necə ala bilərlər? 

Həkim Adil Qeybulla Baku TV-yə bildirib ki, bunun tək yolu anticism testinin yoxlanılmasıdır:

“Kimdə ki, immunitet formalaşıb ona immun passport verilməlidir, kimdə yoxdur ona vaksin vurulmalıdır. Elə etmək lazımdır ki, anticism testi ucuz və əlçatan olsun”. 

Həkimlər bildirir ki, ÜST-ün təcrübəsində COVID-19-a yoluxan şəxslər 6 ay sonra yox, cəmi 2-3 ay sonra vaksin oluna bilərlər. Bunun heç bir həyati təhlükəsi yoxdur. Yəni immunitet sertfikatını ala bilməyən şəxslər də tərəddüd etmədən vaksin oluna bilərlər. 

Mövzu ilə bağlı TƏBİB-lə əlaqə saxlasaq da qurumdan bu məsələnin onlara aid olmadığı bildirildi. 

Xatırladaq ki, ölkəmizdə “COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, “COVID-19 immunitet sertifikatı”nı isə son 6 ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər. 

Ətraflı süjeti təqdim edirik:

TurpKimi.com