Qadınların əksəriyyəti hamiləlikdə daha çox kökəlməkdən qorxur. Bunun bir düsturu varmı?
Sağlam hamiləlik keçirən qadın neçə kilo kökələ bilər?
Bu və ya başqa sulların cavabını Turpkimi.com araşdırıb.
Qadınların həyatlarında hamiləlik dövrü böyük bir dönüş nöqtəsidir və bu çəkinin artmasından əlavə bədəndə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.
Hamiləlikdə çəki artımı hər fərd üçün fərqli ola bilər. İdeal çəki, hamiləlikdən əvvəl olan çəki, boy, yaş, fiziki fəaliyyət səviyyəsi, plasentanın ölçüsü və bəslənmə vərdişlərindən asılı olaraq dəyişə bilər.
Gələcək körpənin sağlam böyüməsi üçün həddindən artıq çəki almağa ehtiyac yoxdur
Ümumiyyətlə, ilk üç ay (1-ci trimester) ərzində o qədər də kökəlmə olmur. Ancaq hamiləliyin ikinci üç ayından etibarən iştah arta bilər. Qeyri-kafi və ya həddindən artıq çəki hamiləlikdə və doğuşda, eləcə də körpədə inkişafla bağlı bəzi problmlərə yol aça bilər.
Çox kökəlməkdən qaçınmaq lazımdır. Əgər iştahaya nəzarət edə bilmirsinizsə qidalanma üzrə mütəxəssisə müraciət edə bilərsiniz.
Hamiləlikdə əsas məqsəd kökəlmək, artıq çəki almaq deyil, ananın və körpənin ehtiyacı olan qida elementlərini necə düzgün qəbul etməkdir.
Hamiləlik müddətində az çəki almaq da problem yaradır və gələcək uşağın zəif və boydan daha kiçik doğulmasına səbəb olur.
Kiçik körpələrdə əmmə əsnasında çətinlik yarana və sağlamlıq problemləri riski daha yüksək ola bilər. Təklif edilən kilo miqdarından çoxunu almaq da problem yaradar.
6-10 Kilodan çox kökəlmə olmamalıdır
Əgər hamiləlikdən əvvəl normal bədən ağırlığına sahibsinizsə, təxminən 9-14 kilo almaq normaldır, obez bir adamsınızsa 6-10 kilodan çox çəki almamaqda fayda var.
Əkiz və ya daha çox körpə daşıyan qadınların bu dəyərləri ötməsi ümumiyyətlə sağlam qəbul edilir.
Ümumdünya Səhiyyə Təşkilatının bədən kütlə indeksi təsnifinə görə, hamiləlikdə ideal kilo bu şəkildə hesablanır.
Sağlam bir hamiləlik müddəti üçün uyğun kilo alışı hədəflərini izləmək, ana və körpənin sağlamlığını qorumaq baxımından əhəmiyyətlidir. Ancaq hər hamiləlik fərqlidir və fərdi faktorları göz qarşısında saxlayaraq həkiminiz tərəfindən təyin olunan hədəflərə sadiq qalmaq əhəmiyyətlidir.
Sağlam hamiləlik müddəti üçün nizamlı olaraq həkim nəzarəti və qidalanma mütəxəssisinin təkliflərini izləmək əhəmiyyətlidir.
Bu məlumatlar yalnız məlumatlandırma məqsədi daşıyır. Hər hansı bir sağlamlıq problemilə əlaqədar həkiminizə və ya səhiyyə ocaqlarına müraciət etməkdə fayda var.
Vüsalə Əlövsətqızı, TurpKimi.com