Alimlərin yeni araşdırması...
Ostində Texas Universitetinin alimləri həftədə bir dəfə cinsi əlaqədə olmağın qadınların sağlamlığına müsbət təsir etdiyini müəyyən ediblər.
TurpKimi.com bildirir ki, “The Journal of the American Medical Association” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, müntəzəm cinsi fəaliyyət qadınların fiziki və zehni rifahına əhəmiyyətli dərəcədə təsir göstərir.
Mütəxəssislər belə nəticəyə gəliblər ki, kişilərlə münasibət qadınların sağlamlığına, yuxunun keyfiyyətinə, idman və düzgün qidalanmasına kimi bir çox şeylərə təsir edir. Alimlərin izahına əsasən, cinsi əlaqə zamanı orqanizmə güclü təsir göstərən hormonlar, yəni serotonin, dopamin və estrogen ifraz olunur.
Eyni zamanda seksoloqlar qeyd edirlər ki, adi partnyorla intim münasibətlər yad adamlarla görüşdən daha yaxşıdır. Həkimlərin fikrincə, belə hallarda cinsi yolla keçən xəstəliklərə yoluxma riski azalır.
Firuzə Alimova / TURPKİMİ.COM