Prof. Dr. Y. Birol Saygı sağlam qocalmaq üçün nələrə fikir verməli olduğumuz haqda bəzi ipucları verib.
TurpKimi.com türk mediasına istinadla xəbər verir ki, mütəxəssis yaşlanarkən əzələ itkisinin önlənməsi, yaddaşın qorunması, ağrı və acıların azaldılmasından tutmuş yuxu keyfiyyətinin yüksəldilməsinə qədər görüləcək tədbirləri izah edib.
Bütün dünyanı cənginə alan koronavirus epidemiyası ən çox yaşlılara təsir edir. Yaşlı nəslin qorunması üçün dünya üzrə bir çox tədbirlər görüldü. 65 yaşdan yuxarı şəxslərə virusdan qorunması üçün çölə çıxma qadağası belə qoyuldu.
"Sağlam yaşlanmaq mümkündür"
Qocalmaqdan qaçmaq mümkün deyil, amma yaşlanmağı gecikdirmək və yaşlanarkən sağlamlığı qorumaq mümkündür. Qocalma genetik olaraq proqramlaşdırılmış bir müddətdir. Buna baxmayaraq ekoloji faktorlar, qidalanma vərdişləri, keçirilən və var olan xəstəliklər yaşlanmanı sürətləndirə bilir. Buna görə eyni yaşda olanlar eyni sürətdə yaşlanmırlar. Sağlam yaşlanma özünü idarə edə bilmək, ictimai və psixoloji baxımdan özünü yaxşı hiss etmək deməkdir. Yaşlanma; irəliləyən yaş ilə birlikdə hüceyrə, toxuma, orqan və sistemlərdə meydana gələn və geri dönüşü olmayan dəyişikliklərin yaranması ilə xarakterizə olunur.
Yaşlılıqda gümrah qalmaq üçün ailə faktoru əsas rol oynayır. Sevdiklərinizlə əlaqə, onların sevgisini hiss edərək yaşlanmaq gözəl hisdir. İnsanların çoxu yaşlandıqca gücünü və dözümünü itirir, ancaq bunun səbəbi həqiqətən yaşlanma müddəti ilə əlaqədar deyil. Burada "istifadə et, ya da itir" ifadəsi etibarlıdır. Bir çox insan əsas əzələlərini işlətmir. Buna görə gücü artırmaq üçün ağırlıq məşqinə başlamaq haqda qərar vermək lazımdır. Yürüş, bağça işləri və ya üzgüçülük kimi nizamlı məşqlər də kömək edə bilər. Gündə ən azı 30 dəqiqə məşq etməlisiniz. Sizin üçün daha yaxşı nəticə verirsə, 15 dəqiqəlik iki seansa da bölə bilərsiniz.
"Həm yaddaşınızı, həm dərinizi qoruyun"
Dünya Sağlamlıq Təşkilatı insan ömründə yaşlanmanı xronoloji cəhətdən bölüb. Yaşlanmada alt sərhəd 65 yaşdır. 65-74 yaş arası "gənc yaşlılıq", 75-84 yaş arası "irəli yaşlılıq", 85 yaş və üstü isə "çox irəli yaşlılıq" kimi adlandırılır.
Prof. Dr. Birol Saygı yaşlanma müddətini sağlam keçirə bilmək üçün qidalanma nizamından yuxu keyfiyyətinə, yaddaşını qorumasından dəri qırışlarını önləməyə qədər alınacaq tədbirlərin vacib olduğunu deyir. Dəridəki yaşlanma əlamətlərini yüngülləşdirmək üçün dərinizi günəşdən qorumaq, siqaret və spirtli içkidən imtina etmək lazımdır. Yaşlanarkən dərinin qurumasını azaltmaq üçün duşda 10 dəqiqədən az qalmaq və isti su yerinə ilıq sudan istifadə etmək yaxşı fikirdir. Duşdan sonra isə isə bədəninizin hər yerinə ağır, yağ əsaslı bir nəmləndirici sürtməlisiniz.
1. Nizamlı olaraq yürüşə çıxın və idman hərəkətləri edin. Fürsət tapdıqca açıq havada gəzin.
2. Qidalanmanızı bir daha nəzərdən keçirin. Rəf ömrü uzun, həddindən artıq duzlu və şəkərli qidalardan qaçın. Qidalanmada liflə zəngin təzə tərəvəz və meyvələrdən istifad edin.
3. Çoxlu dərman istifadəsindən qaçın. Həkimin və əczaçının təklif etdiyi dozaya və müalicə sxemindən kənara çıxmayın. Ehtiyac olmadan dərman və qida möhkəmlətməsi içməyin.
4. Həyatdan qopmayın; öz yaşıdlarınızla vaxt keçirməyə cəhd göstərin.
5. Hobbilərinizlə gümrah qalın. Xüsusilə iş həyatınız yekunlaşıbsa, əlavə məşğuliyyət tapın. Şahmat, tikiş, toxuma, şəkil çəkmək, musiqi və s.
6. Yaşadığınız sahəni nəzərdən keçirin; gündəlik işlərinizi asanlaşdıracaq tədbirlər alın.
7. Nizamlı olaraq sağlamlıq mərkəzlərinə gedin. Bilinən xəstəliyiniz yoxdursa, ümumi müayinədən keçin.
8. Spirt, siqaret kimi pis vərdişləri tərgidin.
9. Yuxu keyfiyyətini artırın; gecələri 7-9 saat yatmağa çalışın.
10. Nizamlı olaraq dişlərinizi yoxladın və qulluq edin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 26-05-2021