Sağlamlığı qorumaq üçün it saxlamağın - 3 SƏBƏBİ


İtin varsa, bundan sonra həkimə az gedəcəksən.

saglamligi-qorumaq-ucun-it-saxlamagin-3-sebebi
07.12.2021 13:33 1 dəq oxuma

Alimlar hesab edir ki, itlər insanların sağlamlığına müsbət təsir göstərir. Bəs itlərin fiziki və psixoloji sağlamlığımıza müsbət təsirinin səbəbi nədədir?

1 – İtlər davamlı hərəkətdə olmağımızı və sosiallaşmağımızı gücləndirir.

Əgər itin varsa, demək bundan sonra sənə davamlı fikizi hərəkət və məşqlər etdirəcək bir yoldaşın var. Araşdırmalar göstərir ki, it gəzdirmək bədənin kütlə indeksini və gündəlik həyatda passivliyi azaldır, daha az həkimə getməyə səbəb olur. Həmçinin davamlı it gəzdirmək yaşadığın küçədə insanları tanımaq və dərdləşmək üçün sosiallaşmağa kömək edir.

2 – İtlər stresi azaldır və əmək qabiliyyətini artırır

Bütün gününüz işdə və dərsdə keçirsə, bu sizdə müəyyən problem yarada bilər. Lakin şirkətdə itin olması stresin səviyyəsini aşağı salır və zehnin fəaliyyətini aktivləşdirir.

Bundan başqa aparılan araşdırmalar sübut edib ki, universitetdə itlərlə ünsiyyəti nəzərdə tutan psixoloji seanslar tələbələrin rifahını artırıb və mənfi hissləri azaldıb. Hətta araşdırmaçılar imtahanqabağı tələbələrin itlərlə ünsiyyətinə icazə verərək onlardakı stressi aradan qaldırıblar.

3 – Psixoloji problemlərlə mübarizə aparır

Araşdırmalar göstərir ki, itlərə fiziki təmas və onlara bağlanmaq gələcəkdə yaşana biləcək depressiya və təlaşdan qoruyur. Bundan başqa itin qayğısına qalmaq məsuliyyət və vaxtlı-vaxtında diqqət tələb edir. Ona görə də belə bir həyat tərzi psixoloji problemləri olanlar üçün məsləhətlidir.

Yazılıb: 05.04.2019-cu il

Firuzə Alimova / TurpKimi.com