Sağlamlığın və gözəlliyin sirri türkəçarələr - Ağrını bıçaq kimi kəsənlər


Əsrlərdir yaddaşlarda qalan və nəsillərdən-nəsillərə ötürülən xalq təbabəti dərmanların olmadığı bir vaxtda insanlara şəfa verib.

saglamligin-ve-gozelliyin-sirri-turkecareler
01.04.2023 16:18 2 dəq oxuma

TurpKimi.com sınanmış və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən təsirli üsullardan bəzilərini oxucularının diqqətinə çatdırır. 

Arıq və çəlimsiz uşaqları kökəltmək üçün ona hər gün səhər-səhər acqarına bir piyalə bal şərbəti içirtmək məsləhətdir. 

Tərlədikdə ayaqdan pis  qoxu gələrsə, te-tez yumaq lazımdır. Yaxşı olardı ki,   belə ayaqlar yarpız, yovşan,  sarıçiçək bitkiləri atılmış qaynanmış su ilə yuyulsun. 

Oynaq ağrılarından əziyyət çəkənlər yarpız çayı dəmləyib içsələr yaxşı olar. 

Yarpız 

Boğaz gələrsə, alçadan hazırlanmış lavaşı  bayır tərəfdən boğazın üstünə qoyub yaylıqla sarıyır, bir neçə gün saxlayırlar, az bir vaxtda boğaz ağrıları çəkilir. 

Əgər diliniz sağ tərəfdən ağrıyırsa, solda nəbzin üstünə sarımsağı soyub, ikiyə kəsib bağlayın. Bir neçə dəqiqədən sonra ağrı kəsəcək. 

Başınız ağrıyanda gicgah nahiyəsinə limon qabığı qoyub bağlayın. Soyulmuş tərəfi gicgahın dərisinə toxunsun. Bir müddətdən sonra qabıq bağlanan yerin altında qırmızı qaşınan ləkə əmələ gələcək və  baş ağrısı kəsəcək. 

Limon

Uzun müddət davam edən  güclü öskürəyi kəsmək üçün bir neçə ədəd turpu  çox narın doğrayıb üzərinə şəkər tozu səpin. 10-12 saatdan sonra onun şirəsi çıxacaq. Həmin şirəni hər saatdan bir xörək qaşığı ilə için. Tezliklə xeyrini görəcəksiniz. 

Kərənti bıçaq yarasının üstünə zəncirotu, yaxud qara yoncanı döyüb qoyanda yara tezliklə sağalar. 

Gülxətmi ayağı açılmayan və  qəbizlikdən əziyyət çəkənlərə dəmlənib verilərsə, tezliklə problem aradan qaldırılar.  

Gülxətmi çiçəyi

Gülxətmini qaynar suda dəmləyib əlinizlə əzib xəşil halına salandan sonra istiliyi, qızdırması olan bədənə çəksəniz istilik düşəcək. 

Gülxətminin kökünü bişirmə şəklində hazırlayıb ağzı qarqara edəndə diş ağrısı sakitləşir. 

Sətəlcəmi müalicə etmək üçün köhnə mal sümüyünü suda qaynadıb onun buxarı ilə nəfəs alsanız, xeyrini görərsiniz. 

Boğaz şişini çəkmək üçün kələmi qaynar suda bir az qaynadıb şişin üstünə qoysanız, şiş çəkilər.

Gəvən bitkisinin gülünü qaynadıb , öskürən adama içirtsəniz öskürək kəsəcək. 

Gəvən bitkisi

Bat-bat bitkisinin qurumuş toxumlarını yandırıb tüstüsünü qanaxması olan qadına versəniz,  qanaxma dayanar. 

Bat-bat bitkisi

Süddüyan bitkisinin südündən bir üskük götürüb, bir stəkan suya qatıb qəbizliyi olan xəstəyə verdikdə tezliklə bağırsaqlar yumşalar qəbizlik aradan qalxar. 

Qaynaq: Müxtəlif şəfa dərgilərindən götürülüb.


Vüsalə Əlövsətqızı, TurpKimi.com

20-08-2020