Özünüzün müəyyən edə biləcəyiniz simptomlar...
İnsan sağlamlığının qeydinə qalmaq üçün heç olmasa ildə bir dəfə həkim müayinəsindən keçməlidir, düzdür? Lakin orqanizmdə baş verən dəyişiklikləri davamlı və planlı şəkildə öyrənmək mümkündür. Bunun üçün ciddi xəstəlik yaranmazdan əvvəl onun simptomlarını ortaya çıxara bilən bəzi testlər vardır.
TurpKimi.com həmin üsulları təqdim edərək sizdə yarana biləcək xəstəliklərin inkişaf risklərini əvvəlcədən müəyyən edərək həkimə müraciət etməyə kömək edəcək.
1 – Ürək və ağ ciyər xəstəlikləri
İşarə barmaqlarınızı J hərfi şəklində qatlayın və hər iki barmağınızın dırnaqlarını bir-birinə sıxın. Diqqətlə baxın, həmin dırnaqların birləşdiyi hissədə kiçik rombu görürsünüzmü? O zaman əla, sizin ürəyinizdə və damarlarınızda heç bir problem yoxdur. Bəs dırnaqlarınızın arasında heç bir boşluq yoxdur? Bu o deməkdir ki, sizdə drum çubuqlarının simptomları var. Barmaq sümükləriniz kobudlaşıbsa, bu qanda oksigen çatışmazlığının nəticəsidir. Ümumiyyətlə, qanda oksigen çatışmazlığı bir çox problemlərə səbəb ola bilər. Məsələn, ürək, ağ ciyər xəstəliklərinə və ya mədə-bağırsaqda iltihabın yaranmasına gətirib çıxarır.
2 – İnfarkt və yaddaşsızlıq
Bunun test edilməsi üçün sizə saniyəölçən lazım olacaq. Ayağınızın birini elə qaldırın ki, digəri ilə paralel olsun və saniyəölçəni qoşun. Əgər 20 saniyə və daha çox dayana bilsəniz bu əladır, sizi infarkt riski gözləmir. Yox əgər əksinə dayanmaqda və özünüzü tarazlamaqda çətinlik çəkdinizsə, bu beyindəki kiçik damarların zədələndiyindən xəbər verir.
3 – Anemiya – qan azlığı
Güzgünün qarşısında durub gözlərinizin alt qapaqlarının içinə baxın. Normal rəngi tünd-çəhrayı olmalıdır. Anemiya olanda göz qapağının həmin hissəsi açıq çəhrayı, hətta sarı rəngdə olur. Anemiya qanda kifayət qədər hemoqlobinin olmamasından yaranır. Bədən əzələləri və toxumaları oksigeni az alır və 100 faiz işləyə bilmir. Əgər özünüzdə halsızlıq, yorğunluq və ya nəfəs darlığı hiss edirsinizsə, o zaman analiz verərək qanda dəmirin miqdarını müəyyənləşdirsəniz yaxşı olar.
4 – Hormonal disbalans və mikroelementlərin çatışmazlığı
Saçların tökülməsi təbii prosesdir. Həkimlərin bildirdiyinə görə, gün ərzində biz 50-dən 100-ə kimi saç tökürük və buna görə narahat olmağa dəyməz. Lakin nə vaxt narahat olmağı bilmək üçün sadə bir test etmək lazımdır.
-saçlar quru və təmiz olmalıdır. Barmaqlarınızı saçlarınızın arasına salın və daraq kimi arasından keçirin. Yalnız saçlarınızı həddindən artıq dartmayın. Əgər əlinizdə 2-3 ədəd saç varsa, o zaman hər şey normaldır. Əlinizdə daha çox saç qaldısa o zaman həkimə müraciət etmək lazımdır.
Saçın tökülməsinin bir çox səbəbləri var: stress və sağlamlığınızın düzgün qeydinə qalmayanda. Saçlar hormonal disbalans yaranan və ya qida çatışmazlığı zamanı da tökülür. Adıçəkilən bu simptomları heç bir halda qulaq ardı etmək olmaz.
5 – Tunel sindromu
Bu sindrom ofis işçiləri, rəssam və motosiklet yarışçıları üçün xarakterikdir.
Qollarınızı üzünüzə paralel şəkildə qaldırın. Barmaqlarınızı bağlayıb gözlərinizin qarşısında tutun və 2 dəqiqə durun. Əgər bilək və barmaqlarınızda gizildəmə, uyuşma və ya ağrı hiss edirsinizsə, bu tunel sindromuna işarədir.
Tunel sindromu əzələlərdə sinir sıxılmaları zamanı meydana gəlir. Vaxtında müalicə olunmayanda ağrı və uyuşma daha da artır. Əllərdəki kiçik sinir hüceyrələrinin qabiliyyəti isə getdikcə daha da pisləşəcək.
6 – Şəkərli diabet
Növbəti testi etmək üçün sizə kömək lazım olacaq. Evdə bir adam sadə karandaş alıb ucuyla ayağınıza və barmaqlarınıza toxunsun. Baxmadan karandaşın barmağınızın hansı tərəfinə toxunduğunu deyə bilərsiniz?
Əgər ayağınıza toxunduqda yaxşı hiss etmirsinizsə, demək ordakı kiçik sinirlər pis işləyir. Azalan sinir həssasiyyəti nevropatologiyada dibaetin sinir sistemini zədələdiyini göstərir.
7 – Arteriyalarda problem
Ayaqlarınızı divara 45 dərəcə bucaq altında qaldırıb bir neçə dəqiqə o vəziyyətdə dayanın. Sonra ayaqlarınızın rəngini müəyyən edin. Ayaqlarınız çox solğun, hətta ağ rəngdədirsə, damarlanızda arteriyalarda olan tıxanmalardan dolayı qanın yaxşı işləmədiyini göstərir. Həmin dəyişiklik hər iki ayaqda və ya birində də özünü göstərə bilər.
8 – Eşitmə
Bu testin edilməsi üçün sakit bir otaqda olmalısınız. Əlinizi qulağınıza yaxınlaşdırın və barmaqlarınızı bir-birinə sürtün. Səsi eşidirsiniz? Daha sonra yavaş-yavaş əlinizi 15 sm geriyə doğru uzaqlaşdırın. Bayaqkı kimi səsləri eşidirsiniz? Təbrik edirik, sizin eşitmənizdə problem yoxdur. Unutmayın, eyni prosesi digər qulağınızın üzərində də sınaqdan keçirin.
9 – Ürək və qan damarlarındakı xəsətəliklərdən xəbər verən test
Bu testi etmək üçün evdən çıxmalısınız. 8-12 addımlıq pilləkənləri çıxarkən mahnı oxuyun. Hətta telefonla danışmaq və ya şeir də demək olar. Əsas odur ki, susmayın, danışın. Əgər ürəyiniz yerində çıxacaq dərəcədə döyünür və nəfəs darlığı çəkirsinizsə, o zaman ürəyiniz və ağ ciyərləriniz bu yükü daşımaqda çətinlik çəkir.
Qeyd edək ki, hər kəsin edə biləcəyi müstəqil testlər peşəkar həkimin etdiyi müayinəni əvəz edə bilməz. Odur ki, istənilən simptomda həkimə müraciət edin!
Firuzə Alimova / TurpKimi.com