Qidalanma üzrə mütəxəssis Gizem Köse içində pendir və qoz olan pəhriz salatlara yağ əlavə edilməməsini təklif edib.
Yay mövsümündə çəki problemi yaşayan insanlar müxtəlif pəhriz siyahıları ilə arıqlama təlaşı içindədirlər. Mütəxəssislər yaya sağlam və formada girmək istəyənlərə vacib xəbərdarlıqlar edir.
TurpKimi xəbər verir ki, sağlam arıqlamaq və dərinin gözəlləşməsi üçün salat və tərəvəz xörəklərinin möcüzəsindən istifadə etmək lazımdır. Pəhrizlərdə yeyilən salatlara əlavə olunan yağ və digər ərzaqlar səhv addımdır. Salata əlavə olunan qoz, badam, pendir və yerkökü kimi qidalar salatı əsas yeməyə çevirir.
Salatda qoz-pendir varsa, yağ əlavə etməyin
Salata 2 ədəd qoz, badam və 3 dilim də pendir əlavə edərək istehlak edənlər var. O zaman o salat artıq ara pay deyil, əsas paya çevrilir. Beləliklə, salatı hər payda yeyirəm deyənlər, əgər qoz və pendir əlavə olunsa, iki əsas pay yemiş olurlar. Həmçinin yağ əlavə olunmalıdır. Çünki qoz və badamın tərkibində bol miqdarda yağ turşuları var.
Yazılıb: 26.01.2022-ci ildə...
Vüsalə Əlövsətqızı, TurpKimi.com