Daxilə qəbul edilən bu vasitələrin oruca təsiri varmı?
Bu il Ramazan ayı yaz fəslinə təsadüf edib. Orqanizmin yeniləndiyi bir fəsildə oruc tutmaq sağlamlığa çox faydalıdır. Bu bir ay ərzində həm ac qalaraq, həm də imalə edərək orqanizmi ikiqat təmizləməyə çalışanları isə düşündürən suallar var. Məlum olduğu kimi imaləni səhər tezdən ac qarına etmək orqanizmə daha faydalıdır. Həm də əməliyyatdan əvvəl və ya qəbizlikdən əziyyət çəkənlərin tez-tez müraciət etdiyi imalə orucu pozurmu?
TurpKimi.com “Hurriyet”ə istinadla Türkiyənin Diyanət İşləri İdarəsinin açıqlamasını təqdim edir.
İmalə etməklə bağlı iki hal var. Belə ki, su, bəzi duzlar və qlükoza yoğun bağırsaqlarda sorulduğu üçün tərkibində qidalandırıcı maddə olan maye bağırsaqlara buraxılarsa, oruc pozular. Həmçinin suyun bağırsaq tərəfindən əmiləcəyi şəkildə qalması orucu pozar. Lakin suyun bağırsaqlara buraxıldıqdan sonra, saxlanılmadan nəcislə birlikdə boşaldılması zamanı oruc pozulmaz. Çünki bu zaman əmilən suyun miqdarı çox az olur.
Bəzən xanımlar ağrı kəsici kimi, hərarəti aşağı salmaq üçün və ya göbələk və bəzi qadın xəstəliklərində vaginal şamlardan istifadə edirlər.
Qeyd edək ki, həzm sistemi ağızdan başlayıb anusda bitən həzm kanalı və həzm vəzilərindən ibarətdir. Həzm sistemi ağızdan başlayır. Ağızdan sonra qırtlaq, yemək borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, düz bağırsaq və anus gəlir. Həzm incə bağırsaqda tamamlanır. Yoğun bağırsaqda isə yalnız bəzi duzlar, qlükoza və su əmilir. Odur ki, qadının cinsiyyət orqani ilə həzm sistemləri arasında heç bir əlaqə yoxdur. Ona görə də həmin yolla istifadə etdiyi şamlar orucu pozmur.
Bundan başqa, düz bağırsaq hər nə qədər həzm sisteminə daxil olsa da, həmin yolla qoyulan şamlar orucu pozmur. Çünki həzm nazik bağırsaqlarda tamamlanır. Şamların qidalandırmaq xüsusiyyəti olmadığı üçün istər vaginal yola, istərsə də düz bağırsağa qoyulan şamlar orucu batil etmir.
Firuzə Alimova / TurpKimi.com
Yazılıb: 27.03.2022-ci il