Şamlar da bizlər kimi yaddaş sisteminə malikdir. Şamı yandırdıqda ilk dəfə yandırdığınızda əridiyi sahə qədər az yeri əridəcək.
Buna görə şamın ilk yanması çox əhəmiyyətlidir. İlk yandırıldıqda şam söndürülənə qədər əriyən səth şamın yaddaş halqasını yaradır və şam bundan sonra də hər yandırıldıqda yalnız ilk yandırılarkən əritdiyi sahəni əridəcək.
TurpKimi.com xəbər verir ki, xüsusilə şüşə və ya tənəkə qablarda ilk yanmada şamın qabın bütün səthini əritdiyinə əmin olun. Beləliklə, şamın yaddaşı şamın bərabər şəkildə yanmasına icazə verəcək. Fitilini hər söndürdükdə nəzarət edin və qısaldın. Fitili qısaltmaq, şamın daha uzun müddət yanmasını təmin edəcək. Qısalan fitil qara tüstünün meydana gəlməsinə mane olur və şamdanın həddindən artıq qızmasını önləyir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com