Saqqız udmaq göründüyü qədər sadə və normal hal deyil. Xüsusilə uşaqlar və hamilə qadınlar üçün riskləri daha böyük ola bilər.
Ona görə də sağlam həyat tərzinə davam etmək və vərdişlərinizi nəzərdən keçirməkdə fayda vardır.
Əgər saqqız udmaq vərdişiniz varsa, saqqızı ağzınızda saxlamaq əvəzinə çeynəmə prosesinə diqqət edin.
TurpKimi.com saqqız udmağın orqanizmə vura biləcəyi ziyanı açıqlayır:
Boğulma riski: Saqqızı udmaq boğulma riskini artıra bilər. Xüsusilə kiçik uşaqlar üçün saqqız udmaq ciddi bir təhlükə mənbəyidir, çünki boğazlarında qala və nəfəs yollarını tuta bilər.
Mədə problemləri: Saqqızın mədəyə çatması həzm sistemində problemlərə yol aça bilər. Saqqız mədə turşularına qarşı dayanıqlı olduğu üçün həzmi çətinləşdirər və həzm sistemi problemlərinə səbəb ola bilər.
Bağırsaq tıxanıqlığı: Saqqızın udulması bağırsaqlarda tıxanıqlığa səbəb ola bilər. Saqqızın bağırsaqlarda uzun müddət qalması və həzm edilməməsi bağırsaqda tıxanmaya və ağrının yaranmasına səbəb ola bilər.
Diş problemləri: Saqqız udmaq dişlərdə və diş ətlərində problemlərə səbəb ola bilər. Saqqız dişlərin üzərində yapışqan bir təbəqə meydana gətirər və çürümələrə, diş əti xəstəliklərinə və digər ağız gigiyenası problemlərinə təkan verə bilər.
Kimyəvi maddə təsiri: Bəzi saqqızlar süni dadlandırıcılar, qoruyucular və rəngləndiricilər kimi kimyəvi maddələr ehtiva edir. Bu maddələrdən tez-tez istifadə etməklə sağlamlığınızı kimyəvi maddələrin caynağına atmış olursuz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com