Ağ paltarları yuduqdan sonra rəngi əvvəlki tək ağappaq qalmır. Üstəlik saralır.
Paltaryuyanda yuyulduqda isə ağ paltarlar əvvəlki kimi bəyaz görsənmir. Paltaryuyan işimizi nə qədər asanlaşdırsa da, istədiyimiz nəticələri hər dəfə ala bilmirik.
TurpKimi.com ağ paltarları əvvəlki tək qar kimi etməyin sadə yolundan yazacaq.
Bunun üçün paltaryuyanın yuyucu tozu tökülən bölməsinə bir qaşıq ağ sirkə əlavə etməyiniz kifayətdir. Arada bir saralmış, rəngi ağdan bir-iki ton seçilən ağ köynəklərinizi paltaryuyana atmazdan əvvəl bir qaşıq ağ sirkədən istifadə edin.
Nəticələr mükəmməl olacaq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com