Saralmış plastik qabları təmizləməyin asan yolları - Bu maddədən istifadə etməyin


Plastik qablar mətbəxlərin imtina edilməz parçalarından biridir. Doğru şəkildə təmizlənmədikdə sağlamlıq baxımından risk yaradır. 

saralmis-plastik-qablari-temizlemeyin-asan-yollari
18.02.2025 22:32 3 dəq oxuma

Yağlı  yeməklərdən sonra qablarda yaranan ləkələr, pis qoxular və plastik səthlərdə yığılan bakteriyalar zamanla ciddi problemə yol açır. 

TurpKimi.com plastik qabları düzgün və asan təmizləməyin yolları və üsullarından yazacaq. 
 Həm sağlamlığınızı qoruyacaq,  həm də qablarınızın ömürünü uzadacaq ən təsirli təmizlik üsullarını bizimlə kəşf edin!

Plastik qabları təmziləyərkən təbii vasitələrdən istifadə edin. Kimyəvi maddələr qabın səthində qalır və sağlamlığa ciddi zərər verir. 

1. Öncə plastik qabı yaxşıca təmizləyin. Yağ qalıqlarını isti suyun köməyilə apara bilərsiniz. 

2. Plastik qab təmizliyində güclü kimyəvi vasitələrin  yerinə, təbii təmizlik məhsulları seçilməlidir.

Soda,  sirkə və limon kimi təbii təmizləyicilərdən istifadə edin.

3. Yağ və ləkələr üçün sodadan istifadə edin. Bir yemək qaşığı sodanı isti su ilə  qarışdıraraq plastik qabın içinə töküb gözlətmək ləkələri və qoxunu aradan qaldırmağa kömək edər. Soda ilə ova da bilərsiniz. 

4. Sirkə ilə pis qoxuları aparın. 

Plastik qablarda zamanla yaranan pis qoxuları aradan qaldırmaq üçün ağ sirkədən istifadə edin.

Bir stəkan sirkəni plastik qabın içinə töküb bir neçə saat gözlətmək qoxuları tamamilə yox edər.

Sirkə ilə təmizlənən plastik qablar daha gigiyenik və fərah qoxulu olar.

5. Limon və duz ilə dərininə təmizlik

Yağ qalıqlarını çıxartmaq üçün limon suyu və duz qarışığından istifadə edin.

Plastik qabların içini limon qabığı və duz ilə ovmaq həm dezinfeksiyaedici effekti verir,  həm də təbii dərininə təmizləyir. 

6. Cızıqların yaranmaması üçün süngər seçiminə diqqət edin. 

Plastik qabları təmizləyərkən sərt süngərlər yerinə yumşaq süngərlərdən istifadə edilməlidir.

Sərt süngərlər plastik səthləri cızar və bu cızıqlar bakteriya yuvasına çevrilir. 

7. Qabyuyan maşında yumaq

Plastik qablar qabyuyan maşında yuyula bilər,  ancaq isti suyun plastik səthə zərər verməməsi üçün aşağı istilikdə yumaq daha sağlam olar.

Qabların üzərində "qabyuyan maşında yuyuna bilər" ibarəsi yoxsa əldə yumaq daha etibarlıdır.

8. Günəşdə qurutma ilə təbii sterilizasiya

Plastik qabları  günəş altında qoymaqla mikrobları öldürə,  pis qoxulardan arındıra bilərsiniz. Birbaşa günəş işığı plastik qabların daha gigiyenik olmasına kömək edər. 

9. Plastik qablarda rəng dəyişməsini önləmək

Pomidor sousu kimi rəngli yeməklər plastik qablarda ləkə buraxa bilər.

Bu ləkələrin yaranmaması üçün qabın içini yüngülcə duru yağ ilə örtdükdən sonra yeməkləri qoymaq rəng dəyişməsini önləyər. 

Rəngi dəyişmiş plastik qabları təmizləmək üçün limon suyu və ya sodalı  su qarışığından istifadə edə bilərsiniz.

10. Pis qoxuları aradan qaldırmaq üçün düyü üsulu

Plastik qabların içinə bir ovuc düyü qoyub üzərinə su əlavə edərək çalxalamaq pis qoxuları aradan qaldırar.

Düyü dənəcikləri plastik səthə yapışan qalıqları təmizləyərək qoxunu azaldar. 

Plastik qabları təmizləyərkən bunları etməyin

Xlor və ya ağardıcıdan qəti şəkildə istifadə etməyin. Bu cür kimyəvi maddələr qabın səthində qalır. Nə qədər yusanız da getmir. Qaba hopur və sağlamlıq baxımından təhlükəlidir.  

Həddindən artıq isti su ilə yumayın: Plastik qabların deformasiyaya uğramasına, şəklinin dəyişməsinə səbəb olar.  
Sərt fırçalardan istifadə etməyin: Cızıqlar bakteriya yuvasıdır. 

Plastik qablarınızı təmizləyərkən doğru üsullardan istifadə edərək həm gigiyenik olmalarını təmin edə, həm də uzun müddət istifadə  edə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com