Saraldı deyə yastıq üzlərini atmayın; ağartmağın yolunu öyrənin.
Saralmış yastıq üzləri hər kəsin evində var və elə də asanlıqla təmizlənmir.
TurpKimi.com onları atmaq yerinə asan ağartmağın yolunu təqdim edir:
Bunun üçün lazım olanlar:
- 1 yemək qaşığı yuyucu toz
- 1 qab-qacaq yuma həbi
- 1 çay qaşığı boraks
- 1 yemək qaşığı ağardıcı
- Su
Yuxarıdakılaın hamısını qaynar suyun içinə tökün və qarışdırın. Hazırladığınız qarışıqda saralmış yastıq üzlərini yuyun. Saqqız kimi olacaq...
Yatağınızın üzərində yaranan sarı ləkələr varsa, hazırladığınız qarışıqla saralan hissələri silərək ağarda bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com