Saray hökmdarlarına verilən afrodizyak qidalar - Cinsi gücü artıran...


Osmanlı dövründə hökmdarlar, şahzadələr üçün hazırlanan bir çox afrodizyak təsirli qida məhsulları var. 

saray-hokmdarlarina-verilen-afrodizyak-qidalar
01.02.2023 16:01 1 dəq oxuma

TurpKimi.com həmin dövrlərdə istifadə edilən afrodizyak (cinsi performansı artıran) qidaları təqdim edir:
 
Hökmdar və şahzadələrin cinsi güclərini qorumaq və artırmaq üçün Osmanlı mətbəxində xüsusi hazırlıq görülürdü. Hazırlanan yeməklər arasında güc artıran şərbət və şirniyyatlar xüsusi yer tuturdu. 

 Səhər yeməyində qovurma mütləq olur, bal-qaymaq yeyilərdi. 
 

 
 
Axşam yeməyində

Xüsusilə badımcan hökmdar üçün açılan süfrələrdə mütləq olurdu.  Ətli tərəvəz yeməkləri və plov süfrələrin şahı idi. 


  Topqapı sarayında Fateh Sultan Mehmetə xüsusi tort hazırlanırdı.

Tərkibinə isə müxtəlif ədviyyatlar: mixək,  istiot, darçın, kərəviz toxumu, zirə toxumu, qanqal toxumu, yerkökü toxumu, şalğam toxumu, turp toxumu, üzərlik toxumu, acı badam yağı, çörək otu, bal, müşk və sə. əlavə olunurdu. Eyni zamanda müxtəlif güc artırıcı məcuna yerkökü toxumu əlavə edilirdi. 

Bundan başqa padşahlar, şahzadələr üçün hazırlanan şirələrin içərisinə böyürtkən, dəmirhindi, keçibuynuzu, gül, portağal və naringi, ənbər, zəncəfil atılırdı.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

28-04-2019