Bunu 10-15 gün edin...
Çiy sarımsağı ağzınıza qoyun və 30 dəqiqə gözləyin. Uzun illərdir çinlilərin tətbiq etdiyi bu təbii üsul sağlamlığınıza çox faydalıdır.
Qoxusu və bəzi insanların mədəsində yanma hissi verdiyi üçün sarımsaq narahatlıq yaradır. Bəs sarımsağın tərkibində olan allisin komponentini yemədən faydasını görmək mümkündürmü?
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, 10-15 gün etdikdən sonra sarımsağın bütün faydalarından yararlanmağa başlayacaqsınız.
Belə ki, ağzınıza bir dış sarımsaq qoyun. Ağzınızda tüpürcək yığılmağa başlayacaq. Bu zaman sarımsağı ağzınızda hərəkət etdirin. Daha sonra yığılan tüpürcəyi tüpürün. Sarımsağın qoxusundan qurtulmaq üçün dişlərinizi fırçalayın və nanə, cəfəri çeynəyin.
Hər səhər tezdən 30 dəqiqə ərzində bunu tətbiq edin. Sarımsaqları mütləq 30 dəqiqə ağzınızda saxlayın. Bu zaman sarımsaqdakı bütün faydalı tərkiblər tüpürcəyinizlə qarışıb orqanizminizə daxil olacaq.
Bundan başqa, sarımsağın faydalı təsirləri qan dövranına çatdıqda limfa sistemi və kapilyarlar təmizlənir. Düzdü, sarımsaq pis qoxa bilər, amma ağız gigiyenası üçün faydalıdır. Həmçinin;
Orqanizmi təmizləyir;
Böyrəklərə faydalıdır;
Dərini təmizləyir;
İmmun sistemini gücləndirir;
Bronxiti müalicə edir;
İştahı artırır;
Xroniki öskürək və böyrək daşları ilə mübarizədə mükəmməl vasitədir, onların yaranmasının qarşısını alır;
Qan azlığının, tənəffüs yollarındakı problemlərin qarşısını alır;
Diqqət! Sarımsağa allergiyanız varsa, bu üsuldan istifadə etməyin.
Firuzə Alimova / TurpKimi.com