Sarımsağı əzib, ya çiy yeməli? - Niyə udmalıyıq?


Sağlamlığı qorumaq və immuniteti gücləndirmək üçün yüksək qida dəyəri olan təbii  qidaları istehlak etmək yaz və ya qış fərq etmədən ən fundamental hədəfimiz olmalıdır.

sarimsagi-ezib-ya-ciy-yemeli
10.02.2024 17:36 3 dəq oxuma

Bədənin istehlak etdiyimiz yeməklərdən gələn qida elementlərinə ehtiyacı vardır. Qida elementlərini qidaların içərisində gizlənmiş  əsas super qəhrəmanlar kimi düşünə bilərik.

 İmmunitet sistemi dedikdə ön plana çıxan elementlər isə A, C, E vitaminləri ilə sink mineralıdır. Omeqa-3 yağ turşuları da  immun sisteminin ən güclü dəstəkləyicilərindən  biridir. Mövsümə uyğun bəslənərək əslində  bütün qida elementlərini asanlıqla immunitet sistemimizə daxil edə bilirik. Tərəvəz və meyvə piştaxtalarında qışda bol olan tünd yaşıl yarpaqlı tərəvəzlər, parlaq narıncı  rənglər, havalar soyuduqca yağlanan ləziz balıqlar...

Sarımsaq da immun sitemini gücləndirən əsas qidalardan biridir.  Sarımsaq udmağın faydaları qədim çağlardan bəri bilinməkdədir. Son zamanlarda sarımsağın faydaları müasir elmdə də təsdiqini tapıb.

Sarımsaq tərkibində Allium olan soğankimilər fəsiləsindən olan bir bitkidir.  Sarımsaq dünyanın bir çox yerində bitən və güclü qoxusu, ləzzətli dadına görə yeməklərdə istifadə edilən məşhur tərəvəzlərdən biridir. Sarımsaq udmağın sağlamlıq baxımından faydaları çoxdur. Ancaq təzyiqi aşağı olanlara sarımsaq udmaq tövsiyə edilməməkdədir.

 TurpKimi.com xəbər verir ki, sarımsağın istifadəsi misirlilər, babillilər, yunanlar, romalılar və çinlilər də daxil olmaq üzrə bir çox böyük sivilizasiya tərəfindən sənədləşdirilmişdir.

Alimlərin  apardığı araşdırmalara görə sarımsağın ən faydalı istehlak etmə şəkli əzilərək yeyilməsidir.  Çünki sarımsaqda olan faydalı allisin maddəsi təzə sarımsaq kəsildikdən və əzildikdən sonra üzə çıxır.

SARIMSAQ ÇOX FAYDALI, EYNİ ZAMANDA DA ÇOX BƏSLƏYİCİDİR

Kalorisi az olan sarımsaq inanılmaz  bəsləyici  tərəvəzdir. Bir diş (3 qram) çiy sarımsaq 5 kalori  ehtiva edər. Bundan əlavə:

• Manqan: gündəlik tələbatın 2 faizi, 

• B6 Vitamini: 2 faiz

• C vitamini: 1 faiz

• Selenium: 1 faiz

• Lif: 0,06 qram

• Uyğun miqdarda kalsium, mis, kalium, fosfor, dəmir və B1 vitamini də var.

1) Sarımsaq udmaq xərçəngi önləyər.

•     Aparılan araşdırmalara görə sarımsaq yemək  döş xərçəngi riskini azaldır. Çin cəmiyyətində aparılan təcrübəyə görə,  həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəngə tutulma riskləri yarı yarıya azalır.

2 ) Qan şəkərini aşağı salar.

•     Təcrübədə metformin və sarımsaq suyu içən xəstələrdə tək başına metformin sahələrə görə daha yaxşı bir qlisemik indeks nəticəsi alınıb.  Sarımsaq yeyən qrupda aşağı triqliserid və total xolesterol səviyyələri müşahidə edilib.

3 ) Qida zəhərlənmələrinə qarşı mübarizə aparar.

•     Alimlər  qida zəhərlənmələrində tez-tez rast gəlinən "Campylobacter jejuni" bakteriyasına qarşı ənənəvi antibiotiklərdən çox sarımsağın yüz dəfə daha təsirli olduğunu təyin etmişlər .

4 ) Artriti önləyər.

•     Araşdırmalara görə  allium tərəvəzlərindən ( soğan, sarımsaq, pırasa ) ibarət yüksək  diyet istehlak edən qadınlarda omba artritinin görülmə nisbəti daha azdır. Bu tərəvəzlərdə olan  dialil disülfür deyilən maddə oynaqlarda qığırdağın yeyilməsinə mane olar.

Sarımsağı əzilmiş və çiy olaraq istehlak edin. Quru və ya toz sarımsaq yerinə sevilən yeməklərdə təzə olanından istifadə edin. Əzildiyində hidrogen sulfid üzə çıxar, bu da sağlam qan təzyiqini formalaşdırar və bunun ürəyə saysız müsbət təsiri vardır. Dadını seviriksə bişmiş yeməklərə atmaq yerinə çiy istehlak edilə bilər, çünki bişirmə hidrogen sulfidin meydana gəlməsinə mane olar.

Vüsalə Əlövsətqızı, Turpkimi.com