Təsir gücündən xəbər verir...
Çiy formada sarımsaq yemək hər zaman faydalı deyil. Bəzi insanlara əks təsirlər də göstərə bilir. Ağrı, ürəkbulanması, bədəndə qızartı və ishal həmin əks təsirlərə aid edilir.
TurpKimi.com bildirir ki, əgər sarımsağı udduqdan sonra sadaladıqlarımızla qarşılaşsanız, mütləq proseduru dayandırmalısınız. Bundan başqa, sarımsağı çox yedikdə aşağıdakı problemlərə yol açır:
Mədədə ağrı və dəridə qaşınmaya səbəb olur. Ümumiyyətlə sarımsağı çiy şəkildə udmaq qastrit kimi problemləri olanlara məsləhət deyil.
Həddindən çox yedikdə halsızlıq və baş ağrısı kimi hallar yaranır.
Qan durulaşdırıcı xüsusiyyətinə malik olduğu üçün qan durulaşdırıcı dərmanlardan istifadə edən xəstələr həkimləri ilə məsləhətləşmədən istifadə etməsinlər.
Hətta bəzi mütəxəssislər bildirir ki, sarımsaq doğuma nəzarət edən həbslərin təsirini azaldır. Ona görə də dərman qəbul etsəniz belə arzuolunmaz hamiləlikdən yayınmaq üçün sarımsaqdan istifadə etməyin.
Sarımsaq tərkibindəki komponentlər sayəsində qan təzyiqini aşağı salır. Odur ki, təzyiqi olanlar sarımsaq yeyərkən təzyiqlə bağlı problem yaşa bilərlər.
Firuzə Alimova / TurpKimi.com