Sarımsaqlı çörək resepti - Dadından doymayacaqsız


Çoxları üçün qeyri-adi gələ bilər, amma bu çörəyi yeyənlər dadından doymaq bilmir. 

sarimsaqli-corek-resepti
24.01.2023 23:09 2 dəq oxuma

Turpkimi.com Avropada da məşhur olan sarımsaqlı çörəyin bişirilmə qaydasından yazacaq. 

Çörək üçün lazım olan ərzaqlar:

- 3 yemək qaşığı qatıq

- 1.5 su stəkanı ilıq su

- 1 paket quru maya

- 1 çay qaşığı şəkər tozu

- 1.5 çay qaşığı duz

- 5-6 su stəkanı un

Hazırlanması:

Bütün ərzaqları geniş bir qaba qoyub qarışdırıb yoğurun. 2 saat mayalanmasını gözləyin. Soba nimçəsində forma verin,  üzərinə un səpin və cızıqlar atın. 30 dəqiqə mayalandırın və 180 dərəcədə 25-30 dəqiqə bişirin. 

Sarımsaqlı  kərə yağı resepti

- 4 ədəd sarımsaq
- 4 yemək qaşığı  duru yağ
- Duz, keşniş, qara istiot, bibər tozu
- 150 qr kərə yağı
- 1/2 dəstə cəfəri
- Təzə. yaş kəklikotu
- Rozmarin (bibəriyə)
- 3 ədəd çili bibəri
- Parmezan, mozerella, ya da təzə holland pendiri

Hazırlanması:

Əvvəl sarımsaqları yağlayıb duz, keşniş, qara istiot və  bibər tozu ilə yaxşıca əzişdirin. Yağlı kağıza, daha sonra aliminium falqaya bükün və  200 dərəcədə 1.5 saat bişirin. Rozmarin  və kəklikotunu bıçaq ilə doğrayın. Bütün ərzaqları qarışdırın. Bişən çörəkləri ortadan ikiyə bölün. Hazırladığınız sousu çörəklərin üzərinə sürtün və 180 dərəcədə üstü qızarana qədər bişirin. Daha sonra üzərinə istəyə görə bir az daha pendir əlavə edə bilər, ya da basdırma ət əlavə edə bilərsiniz. Nuş olsun…

Vüsalə Əlövsətqızı, TurpKimi.com

06-03-2022