Artıq dünyada bir çox brend və şirkətlərin endirimlər təklif etdiyi və müştərilərin endirimlərdən yararlanmaq üçün mağazalara toplaşdığı “Black Friday” günləri başlayıb.
Bəs bu ənənə necə başladı? İqtisadiyyata hansı təsirlər var?
Black Friday hər il noyabrın dördüncü cümə axşamı qeyd olunan Şükran günündən sonra ABŞ-da başlayan bir ənənədir. Bu gün mümkün qədər çox müştəriyə məhsul satmaq istəyən şirkətlər endirimlərində bir-biri ilə rəqabət aparır.
“Black Friday” termini ilk dəfə 1951-ci ilin noyabrında Factory Management and Maintenance jurnalında istifadə edilib. Fəhlələr xəstə olduqlarını, həmin gün işə gəlmədiklərini söylədiklərinə görə belə ad verilib. Elə həmin illərdə Filadelfiya polisi də şəhərin mərkəzində sıxlıq olduğuna görə həmin günü elə adlandırmışdı.
“Black Friday” ilə endirim mədəniyyəti ABŞ-dan digər ölkələrə yayılmağa başladı. Bunu ilk olaraq ABŞ-ın şimal qonşusu Kanada qəbul edib. Bu gün Hindistandan Meksikaya qədər bir çox ölkədə “Black Friday” endirimləri mövcuddur. 2010-cu ildən Böyük Britaniyada “Black Friday” üçün marketinq kampaniyaları artıb.
ABŞ-da fəaliyyət göstərən “The Balance” biznes saytına görə, ABŞ-da “Black Friday” günü alış-veriş həcmi 2002-2016-cı illər arasında 72,3 faiz artaraq 700 milyard dolları keçib.
“Black Friday” günü elan edilən bəzi endirimlər faktiki endirim dərəcələrini əks etdirmir. “50 faiz endirim” olaraq təklif olunan məhsulu başqa mağazada daha sərfəli qiymətə tapmaq mümkündür. Buna görə də onlayn alış-veriş saytlarının həqiqətən endirimlər təklif edib etmədiyini anlamaq üçün qurulan Camel Camel Camel, SlickDeals Price Tracker və PriceZombie kimi saytlar “Black Friday” günlərində tez-tez istifadə olunur. Bu günün istehlakçıların daha çox pul xərcləməsi ilə iqtisadiyyata töhfə verib-verməməsi də müzakirə mövzusudur. Bəzi araşdırmalara görə, insanlar dekabr və yanvar aylarında “Black Friday” günü keçirdikləri ilə müqayisədə daha az pul xərcləyirlər. (Editor.az)