Şaurmanı faydalı edən XÜSUSİ TƏRKİB açıqlanıb


Kimçi fərqli tərkibləri ustalıqla birləşdirən istiotlu, kələm, turp və ədviyyatlardan ibarət Koreya sousudur...

saurmani-faydali-eden-xususi-terkib-aciqlanib
13.02.2025 21:00 1 dəq oxuma

“Kimçi əlavə edilmiş şaurma bu qidanın ən sağlam növüdür”.

TurpKimi.com xəbər verir ki, bu məsləhəti Vidnovskaya Klinik Xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova "Podmoskovye Seqodnya" internet nəşrinə bildirib.

Onun sözlərinə görə, bu yemək tərkibindəki vitamin, mineral və probiyotiklərə görə sağlam ola bilər.

“Bəzi şaurma istehsalçıları yeməyə Koreya kələmini və ya kimçini əlavə edirlər ki, bu da tərkibindəki vitamin, mineral, antioksidant və probiyotiklər sayəsində faydalıdır. Üstəlik, bu, həzmə faydalı təsir göstərən fermentləşdirilmiş bir məhsuldur”, - deyə həkim izah edib.

Suxorukova qeyd edib ki, şaurmanın faydaları inqrediyentlərdən asılıdır. Məsələn, qatıq sousu probiotiklərin mənbəyidir, tərəvəzlər isə vitamin və minerallarla zəngindir. Eyni zamanda, həkim tam taxıl unundan hazırlanmış pide çörəyində şaurma yeməyi və kimçini normada istehlak etməyi tövsiyə edib.

Firuzə Alimova / TURPKİMİ.COM