Şaurmanın ən zərərli inqredienti açıqlanıb


Xüsusi həvəskarı olanların diqqətinə...

saurmanin-en-zererli-inqredienti-aciqlanib
08.07.2023 00:37 1 dəq oxuma

“Şaurmanın ən zərərli inqredienti sousudur”.

TurpKimi.com xəbər verir ki, bu barədə diyetoloq Natalya Kruqlova “NEWS.ru”ya müsahibəsində deyib. O qeyd edib ki, aşpazların əksəriyyəti şaurmaya əlavə boş kalori daşıyan mayonez vururlar. Onun sözlərinə görə, souslar insanın iştahını oyadır, baxmayaraq ki, istehlakçı buna ehtiyac duymur. Çünki şaurma özü qaneedici məhsuldur.

“Şaurmanın ən zərərli komponenti sous və ya bir neçə souslardır. Mayonezli... Onların tərkibində yalnız duz, yağ və əlavə boş kalori var. Bu cür souslar iştahı stimullaşdırır, baxmayaraq ki, şaurma çox doyumlu qidadır. Adi şaurmada çoxlu duz və ədviyyatlar var ki, bütün bunlar iştahı qıcıqlandırır”- diyetoloq vurğulayıb.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, şaurmanın tərkibindəki digər zərərli tərkib kartof qızartmasıdır. Kartof heç bir qida dəyərinə malik deyil, sadəcə yeməyə əlavə kalori verir.

Firuzə Alimova / TurpKimi.com