Saxta peyvənd pasportu alan və verənlərlə bağlı - AÇIQLAMA


20 avqustda keçirilən brifinqdən açıqlama...

saxta-peyvend-pasportu-alan-ve-verenlerle-bagli
20.08.2021 14:33 1 dəq oxuma

“Saxta peyvənd pasportu alan da, verən də cinayətkardır. Onların hər ikisi cinayət edirlər. Nəticədə isə itirən onlardır”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq elm də deyir ki, vaksinasiya effektivdir: “İnanmayanlar bizə desinlər ki, niyə inanmırlar? Bizə də imkan vermirlər ki, biz bu pandemiyadan çıxaq. Heç kəs istəmir ki, pandemiya davam etsin”.

Report.az / TurpKimi.com