Saytdan sifariş edilən qoyunun qiyməti nə qədərdir? - QİYMƏTLƏR


Qurban bayramı ilə bağlı yeni satış portalı istifadəyə verilib.

saytdan-sifaris-edilen-qoyunun-qiymeti-ne-qederdir
29.07.2020 19:41 1 dəq oxuma

Xəbər verdiyimiz kimi, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni satış portalı istifadəyə verilir.

TurpKimi.com bildirir ki, "MediaPost” həmin portalda satılacaq qurbanlıq qoyunların qiymətini araşdırıb. Bu portalda müştəriyə 3 çəki növündə qurbanlıq qoyunlar təqdim olunur.

Birinci paketdə 27-30 kq-lıq qoyunlar təqdim olunur ki, burada kəsildikdən sonra minimum 12 kq ət əldə etmək mümkündür. İkinci paketdə satılan qoyunların çəkisi 30-33 kq arası dəyişir. Buradan da xalis 13 kq ət əldə etmək mümkün olacaq.

Sonuncu 3-cü paketdə isə 34 kq və ondan artıq çəkidə olan qoyunlar satılır ki, buradan da minimum 14 kq ət əldə etmək mümkündür.

Portalda kəsilmiş qurbanlığın dəyəri hər kq üçün 11,5 AZN-dən hesablanacaq. Müstərilər siafriş verəndən sonra onlayn şəkildə 20 AZN ilkin ödəniş edəcək. Ümumi məbləğdən ilkin ödənilmiş məbləğ çıxılacaq, geri qalan hissə yerində nağd şəkildə ödəniləcək.

Beləliklə, birinci paketdə bir qurbanlıq qoyun müştəriyə minimum 138 manata, ikinci paketdə 149,5 manata və üçüncü paketdə 161 manata başa gələcək.

TurpKimi.com