Qış fəslinin yaxınlaşması ilə xəstəliklər artar.
Orqanizmi qorumaq lazımdır. Belə soyuq havalarda bitki çayları immunitet sistemini gücləndirmək üçün mükəmməl bir variantdır.
Evlərimizdə sadə vasitələrlə hazırlanan şəfalı çaylar bədəni isitməyə kömək edir.
Xüsusilə fəslin meyvələrindən istifadə edərək immun sistemimizi gücləndirə bilərik. Payızın və qışın bir nömrəli vitamin deposu nardan hazırlanan çayın şəfasını saymaqla bitməz. Ən azından nar qədər orqanizmə faydalıdır.
TurpKimi.com olaraq qeyri-adi dad və şəfa axtaranlar üçün narlı çayın hazırlanma qaydasından yazacağıq.
Narlı Çay
3 su stəkanı isti dəmlənmiş çay
1 su stəkanı təmizlənmiş nar
1 budaq təzə bibəriyə (rozmarin)
Bir neçə dilim limon
Dəmlikdəki çaya qeyd edilənləri əlavə edin və beş dəqiqə dəmləndirin. İsti bir dolçaya tökün. Servis edəndə stəkanlara limon və bibəriyə əlavə edə bilərsiniz.
Şəfa olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com