Səhər duran kimi bir qaşıq xurma bəhməzi yeyin


Xüsusilə, böyük şəhərlərdə yaşayanlar...

seher-duran-kimi-bir-qasiq-xurma-behmezi-yeyin
18.08.2023 23:44 1 dəq oxuma

Araşdırmalar göstərir ki, xurma orqanizm üçün əvəzolunmaz nemətdir.

Özünü daim yorğun və halsız hiss edənlər xurma bəhməzini daim yanlarında saxlamalıdır.

Xüsusilə, böyük şəhərlərdə yaşayanlar xurma bəhməzi sayəsində itirdikləri enerjini qısa müddətə geri qaytara bilərlər.

Qəbizlik, hemoroid və həzm problemləri kimi stresli vəziyyətlərdə xurma bəhməzi istehlak edildikdə müsbət təsir edir.

Hər səhər oyandıqdan sonra içilən xurma bəhməzi aclıq hissini aradan qaldırmağa kömək edəcək. Son araşdırmalarda xurma bəhməzinin xərçəngə qarşı qoruyucu xüsusiyyətinin olduğu da ortaya çıxıb.

Odur ki, səhər yuxudan duranda bir qaşıq dolusu xurma bəhməzi yeyin və günə daha enerjili başlayın.

Xurma bəkməzi diqqət dağınıqlığı və unutqanlıq kimi hallarda da şəfa qaynağıdır. Övladlarında bu vəziyyəti görən valideynlər evlərindən xurma bəhməzini əskik etməsinlər.

Bundan əlavə, öskürək problemini də müalicə edir. Öskürək dərmanları yerinə hər səhər və axşam 1 çay qaşığı xurma bəhməzi içməklə öskürəyə səbəb olan faktorlardan xilas ola bilərsiniz.

Xurma bəhməzinin başqa bir faydası onun  kişilərdə və qadınlarda sperma və yumurta keyfiyyətini artırmasıdır.

Firuzə Alimova / TurpKimi.com