Qəhvə və çay dünya səviyyəsində ən çox istehlak edilən içkilərdəndir.
Ancaq bəziləri səhərlər çay yerinə bir fincan qəhvə içməyi seçər. Əgər ləzzət baxımından səhərlər qəhvə içirsinizsə, yanılırsınız. Çünki səhər içilən qəhvənin çaydan daha yaxşı olduğunu göstərən araşdırmalar mövcuddur.
TurpKimi.com fərqində olmadan səhər içdiyiniz qəhvənin yaxşı seçim olacağına dair 5 səbəbi təqdim edir:
1. Qəhvə daha yaxşı məşq etmənizə kömək edir
Səhər enerji yığmaq üçün gündəlik idmanla məşğul olmağı sevirsinizsə, qəhvə sizin üçün doğru seçimdir.
Qəhvənin içində çaydan daha çox kafein var. Qəhvə fiziki performansınızı artıra bilər və məşqdən sonra yaranan yorğunluğu azalda bilər.
2. Qəhvə diqqətinizi cəmləməyə kömək edir
Bir imtahana hazırlaşarkən, ya da hər hansı bir zehni fəaliyyətlə məşğul olarkən diqqətinizi cəmləməkdə çətinlik çəkirsinizsə, qəhvə sizin üçün ən yaxşı seçim olacaq.
Qəhvənin tərkibində çaydan daha çox kafein olduğunu görə yuxunuzu qaçırdar və sizi oyaq qalmağa məcbur edər.
3. Qəhvə sürətli dəstəkverici içkidir
Çay, kafein L-teanin ehtiva edən bir içkidir. Kafein beynimizdəki adenosin qəbulediciləri ilə qarşılıqlı təsirə girir və yorğunluq hissini azaltdığı üçün teanin rahatlamanıza kömək edir.
Kafein sürətlə qana qarışaraq, yalnız 15 dəqiqədən sonra təsirini göstərir. Qəhvənin niyə anında enerji verdiyi elə buradan aydın olur.
4. Qəhvə arıqlamağa kömək edir
Xüsusilə kişilərdə qəhvə istehlakı yağı çox əridir. Heyvanlar üzərində aparılan araşdırmalar da eyni nəticəni göstərmişdir.
Bir başqa maraqlı təcrübə isə xlorogenik turşunun bədən ağırlığını azaltmaq üçün güclü bir maddə olduğunu göstərmişdir. Beləcə qəhvənin arıqlamaq istəyənlər üçün maraqlı bir seçim olduğunu təsdiqlənir.
5. Şəkər xəstəliyinə tutulma ehtimalını azaldar
Aparılan araşdırmalara görə, kafein şəkər xəstəliyinə tutulma riskini azaldır. Təcrübələrdə yalnız 3 fincan qəhvə içənlərin diyabetə tutulma riskinin 42 faiz azaldığı məlum olub. Hər iki vəziyyətdə də, bizim üçün nəyin ən yaxşısı olduğunu peşəkarcasına düşünmək lazımdır. Qidalanma üzrə mütəxəssisin də köməyindən istifadə edərək hansının daha yaxşı nəticə verəcəyinə özünüz qərar verə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
06-04-2021