Səhər yuxudan oyananda insan o qədər ac olur ki, qarşısına nə çıxsa yemək istəyir. Əgər işə gecikirsinizsə və ya harasa tələsirsinizsə, atışdırmalıq nə varsa yemək istəyirsən.
Diyetoloqlar bildirirlər ki, əslində səhər vaxtı, acqarına qəbul etdiyiniz bəzi qidalar sağlamlığa daha çox ziyan vurur.
TurpKimi.com həmin meyvə və tərəvəzlərin siyahısını təqdim edir:
Bananlı yoqurt
Bəzi diyetoloqların fikrincə səhərlər bananlı yoqurt yemək ürək-damar xəstəlikərinə səbəb ola bilər. Bundan başqa, qatıq ac qarına istehlak edildikdə faydalarını qismən itirir. Qatığı yatmazdan əvvəl və ya yeməklərdən 2 saat sonra istehlak etmək daha doğrudur.
Asitli, qazlı içkilər
Əslində tərkibində asid olan, yəni turşulu içkiləri gün ərzində içmək sağlam seçimdir. Araşdırmalara görə turşulu içkiləri səhər qəbul edəndə mədəaltı vəzi lazım olan insulin səviyyəsini ölçə bilmir və bu qanda şəkərin səviyyəsinin qəflətən artmasına səbəb olur.
Portağal
Səhər yeməyini meyvə ilə başlayan varsa bu informasiya onlar üçündür. Ac qarına portağal yemək qastrit və ya allergik reaksiyalara səbəb ola bilər.
Pomidor
Səhərlər pomidor olmadan nahar etmək istəməyənlər bu xəbəri oxuduqdan sonra başqa şeylərlə günə başlayacaqlar. Ekspertlərin açıqladığına görə, cənnət meyvəsi və pomidoru ac qarına istehlak etdikdə mədədə problemlər yaranır. Mədə qıcıqlanır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com