Səhər yeməyinə sürpriz qatan ləzzətli resept - Türk mətbəxindən bazlama


 Türk mətbəxinin sevilən ləzzətlərindən olan bazlama reseptini sizlərlə bölüşürük. 

seher-yemeyine-surpriz-qatan-lezzetli-resept
19.06.2024 01:00 1 dəq oxuma

Kənd yerlərində nənələrimiz yuxa, lavaş bişirərkən təxminən bu kökəyə oxşarını bişirirdilər. Adətən sacda və ya kürədə bişirilir. 

Türk mətbəxində bazlama adlanan bu təamı tavada bişirmək də mümkündür. Çox az ərzaqla və qısa müddətdə hazırlanan bazlamanı evdə hər kəs sevəcək. 
   
TurpKimi.com-un təqdim etdiyi bu resept 8 ədədlikdir və 20 dəqiqəyə hazırlanır. 

Ərzaqlar: 

6 su stəkanı un
1 paket instant maya
1 kiçik çay qaşığı duz
1 su stəkanı qatıq
1 çay stəkanı duru yağ
1 su stəkanı ilıq su

Hazırlanması:

İlıq su, maya, duru yağ və qatığı bir kasada qarışdırın.

Üzərinə unun bir qismini və duzu əlavə etdikdən sonra yoğurmağa başlayın. Yoğurduqca unu az-az əlavə edin. 

Üzərini bağlayıb 1 saat mayalandırın.

8 bərabər kündəyə bölün və unlanmış dəzgahda nəlbəki böyüklüyündə açın.

Qızdırılmış tavada bişirin. Hər iki tərəfdə qabarcıqlar yaranır. Hər iki tərəfi 3 dəqiqəyə bişir. 

Yumşaq bazlamaları isti şəkildə süfrəyə verin. Kərə yağı, bal, kəsmik, qaymaq və ya cemlə nuş edə bilərsiniz. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com