Şişmiş qarın, mədə ağrısı və narahat edici bir toxluq hissi ilə oyandınız?
Dünyada milyonlarla adamın yaşadığı bu problemin əslində bir çox səbəbi ola bilər. Daha çox qidalar ilə əlaqələndirdiyimiz bu şişkinlik problemini həll etmək isə o qədər də çətin və qeyri-mümkün hal deyil. Nahar payınıza edəcəyiniz kiçik əlavələrlə bütün günü şişkin qarınla keçirməkdən xilas ola bilərsiniz.
TurpKimi.com səhər yuxudan duran kimi şişkinlik hiss edənləri rahatladan 5 qidanı təqdim edir:
Yaşadığınız şişkinliyin ən birinci səbəbi yedikləriniz, hətta yediklərinizi əslində necə yediyinizdir. Çünki qidaların səhv şəkildə istehlakı mədə narahatlıqlarına və şişməyə səbəb olar.
Bundan əlavə çox sürətli yemək, yediklərinizi yaxşıca çeynəməmək, çox duz istehlak etmək, kifayət qədər su içməmək, həddindən artıq lifli qida qəbulu, tez-tez qazlı içkilər istehlak etmək də şişkinliyə səbəb olur.
Laktozaya qarşı allergiya, çox hava udmaq, qəbizlik, narahat bağırsaq sindromu, incə bağırsaqda həddindən artıq bakteriya olması, mədə tənbəlliyi, yəni mədənin anormal dərəcədə yavaş boşalması da mədədə şişkinlik yarada bilər.
Qidalanma üzrə mütəxəssislər bəzi qidaları istehlak edərək, xüsusilə səhərlər olan mədə şişkinliyinin qarşısını almağın mümkün olduğunu bildirirlər.
1.Ananas
Mədədə şişkinliyin yaranma səbəbi bədəninizdəki duzun çoxluğu ola bilər. Belə vəziyyətlər üçün mütəxəssislər naharda ananas kimi yüksək kaliumlu qidalar istehlak etmənizi təklif edir.
Çünki kalium bədəninizdəki natriuma, yəni duza qarşı anti-zəhərdir və qabarıqlığı ən qısa müddətdə aradan qaldırmaq üçün suyun atılmasına köməkçi olar.
Ancaq ananasın tək faydası bununla bitmir. Ananas, zülal həzminə köməkçi olan "bromelain" adlı bir fermentlə zəngindir. Bu ferment həzm prosesinə müsbət təsir edərək şişkinliyi yaradacaq problemlərin qarşısını alır.
2.Yulaf əzməsi
Özünü şişkin hiss edənlər lif mövzusunda təmkinli olmalıdırlar. Ancaq iki növ lif olduğunu unutmamaq lazımdır: Həll edilən və həll edilə bilinməyən lif.
Mədədə və bağırsaqlarda qabarıqlığın qarşısını almaq üçün həll edilə bilən lif qəbul etməlisiniz. Əgər şişkinliyinizin səbəbi qəbizlik isə həll edilməyən lifləri seçməlisiniz.
Yulaf əzməsi kimi həll edilən lifli qidalar istehlak edərək daha az şişkinlik və ağrı problemi yaşamış olarsız.
Şişkinliyə qarşı qabığı çıxarılmış, yəni üyüdülməmiş yulaf dənələri yerinə yulaf əzməsinə müraciət etməniz ən yaxşısıdır. Çünki yulaf əzməsi yumşaq bir toxumaya malikdir, bu da mədənizin onu daha asan həzm etməsini təmin edərək şişkinliyi böyük ölçüdə önləyər.
3.Banan
Şişkinlikdən xilas olmaq üçün kalium və həll edilən lifin çox əhəmiyyətli olduğunu vurğuladıq. Banan da həm kalium, həm də həll edilən lif baxımından zəngindir və bu da onu nahar üçün möcüzəvi qida edir.
Banandakı kalium bədəninizdəki artıq duzun atılmasına və su yığmağa bağlı şişliklərin aradan qaldırılmasına köməkçi ola bilər. Əgər qəbizsinizsə, banandakı həll edilən lif nəcisinizi daha yumşaq hala gətirib sizi şişkinlikdən qurtara bilər.
Sizə bir tövsiyə: Həddindən artıq yetişmiş bananın yerinə bir az yaşıl olanı seçin. Çünki yetkinləşməmiş bananlar həll edilən lif və bağırsaq dostu probiotiklərlə zəngindir.
4.Su
Göründüyü qədər sadədir! Günə su içməklə başlamaq qabarıq qarın üçün möcüzələr yarada bilər. Bədəniniz bir gecə əvvəl yediyiniz duzlu yeməkdən şişibsə su içərək bu şişi asanca azalda bilərsiniz.
Qabarıqlığınızın səbəbi qəbizlik isə bu mövzu da sizə su çox kömək ola bilər. Çoxlu lifli qida qəbul edirsinizsə, onu əmə biləcək su da çox içməlisiniz.
Su içərkən havanı çox udmayın. Bunu təmin etmək üçün də pipetdən və karbon 4 oksid ilə bikarbonat əlavə olunaraq edilən soda kimi içkilərdən uzaq durun.
Suyunuzu həzm üçün faydalı ola biləcək xiyar, limon, ananas və ya zəncəfil ilə dadlandıraraq için.
5.Hindqozu suyu
Hindqozu (kokos) kaliumla zəngindir və bir stəkanı gündəlik kalium ehtiyacınızın 13 faizini ödəyər.
Təkcə hindqozu suyu içmək qabarıqlıqdan xilas olmanıza köməkçi ola bilər, ancaq onu şişkinliyi azaldan qidalarla birlikdə istehlak etmək daha faydalı olacaq.
Hindqozu suyu, banan, ananas və bir az yaşıl bitkilərdən hazırlayacağınız kokteyllə kaliumu alaraq şişkinliklərinizdən xilas ola bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 23-03-2021