Şəhərdə yaşayanların D vitamini dərdi - Nələrdə var


Sümük və dişlərin inkişafı, immunitetin möhkəmlənməsi üçün D vitamini əvəzedilməz rol oynayır.

seherde-yasayanlarin-d-vitamini-derdi
08.12.2021 12:21 3 dəq oxuma

Şəhər həyatı, çoxmərtəbəli binalarda yaşamaq hər yaş qrupunda olan insanlarda D vitamini çatışmazlığı problemini daha da qabardıb. 

Qış aylarında D vitamininin çatışmazlığı normal hal sayılır. Amma yazın və yayın gəlməsilə bu problemi ortadan qaldıra bilərsiz.

D vitamini sağlam şəkildə günəş şüaları vasitəsilə təmin edilir.

TurpKimi.com xəbər verir ki, mütəxəssislər xüsusilə bahar və yay aylarında qollar və ayaqların 20 dəqiqə ərzində günəşə tutulmasını və qaralmağı təklif edir. Bu vitamin günəşin ultrabənövşəyi şüalarının  dəriyə təmas etməsi ilə cilddə başlayan metabolik proseslər nəticəsində əldə edilir. Sağlamlıq üçün faydalı olan ultrabənövşəyi şüaların Yer səthinə ən düz düşdüyü vaxt 10:00 - 15:00 saatları arasındadır və bu zaman kəsiyində  günəş vannası qəbul  etmək məsləhətdir. D vitamini xüsusilə bu vaxtlarda təmin edilir. Ekspertlərin başqa bir təklifi də həddindən artıq qaralmaqdan çəkinməkdir.  Qaralan zaman dəri üzərindəki piqmentlər rəngini dəyişib tündləşdiyi üçün  ultrabənövşəyi şüaların dəri altına nüfuz etməsi çətinləşir.

Günəş şüalarına məruz qalmaqdan çəkinənlər bu vitamini müxtəlif qidalardan da əldə edə bilərlər. 

Dəri xərçəngi və ya müxtəlif dəri xəstəliklərindən əziyyət çəkənlər  günəşə çox çıxmadan da D vitaminini qidalardan və ya apteklərdən alınan dərmanlar vasitəsilə təmin edə bilərlər. D vitamininin əsas mənbəyi günəş olsa da, bu vitamin baxımından zəngin xeyli qida mənbəyi tapmaq mümkündür. Ekspertlərə görə, gündəlik olaraq yeməklərdən alınan D Vitamini dozası (RDI)  600 IU-dur. Amma kafi miqdarda günəş işığı almaqla yeməklə qəbul edilən  D Vitamini nisbətinin gündə 1.000 IU-ya yaxın olması gərəkdir.

D vitamini baxımından ən zəngin qida Alabalıqdır (somon balığı).

Bu populyar yağlı balıq evinizdə asanlıqla hazırlanan ləzzətli D vitamini mənbəyidir. Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan Milli Ərzaq Məlumat Bazasının məlumatına görə, 100 qramlıq (3,5 ons) bir pay alabalıq balığı 361- 685 IU arasında bu vitamini ehtiva edir. Alabalıq alarkən onun təbii yolla ovlanmış balıq olmasına xüsusi fikir vermək lazımdır. Ferma alabalığı bu vitamin baxımından təbii yolla ovlanmış alabalıq qədər zəngin deyil.

Balıq növləri və balıq yağı adətən bu vitamin baxımından olduqca zəngindir. Alabalıq sevmirsinizsə, sardelya və siyənək balığı və ya ton balığı da ehtiyacınız olan vitamini almağınıza kömək olacaqdır.

 Vitamin küpü: Yumurta Sarısı

Yumurta B12, zülal və D vitamini baxımından zəngin bir qidadır. Xüsusilə yumurtanın sarısında bu vitamin bol olur. Bu vitamin yumurtanın 100 qramında 218 IU olur.

Diş və sümük dostu: Süd və Süd Məhsulları

Sümük və diş inkişafı və sağlamlığı üçün D vitamini baxımından zəngin süd və süd məhsullarını istehlak etmək olduqca mühümdür. 1 stəkan tam yağlı süddə gündəlik  D vitamini ehtiyacının 13 faizlik hissəsi mövcuddur. Pendir, kərə yağı, süd və kefir bu vitamin baxımından zəngindir.

Göbələk

Heyvan mənşəli məhsul istehlak etmək istəməyənlər üçün D vitamini ilə zəngin  qida mənbəyi göbələkdir.Torpaqdan öz-özünə çıxmış və günəş görmüş göbələklər bu vitamin baxımından olduqca zəngindir. Mədəni üsulla yetişdirilən göbələklərdə bu vitaminin yoxdur. Ancaq aldığınız göbələklərin bu vitamin tərkibini artırmaq üçün onları bişirmədən öncə  bir neçə saatlığa günəş işığında saxlaya bilərsiniz.

D vitamini əskikliyi nələrə səbəb olur?

Azərbaycanda da D vitamini çatışmazlığına xüsusilə şəhərdə yaşayan insanlarda sıx rast gəlinir.  Kifayət qədər günəş almamaq və bu vitamin baxımından zəngin qidalar yeməmək vitamin çatışmazlığına səbəb olur.

Bu vitaminin çatışmazlığı yorğunluq, ümumilikdə bədən ağrısı, oynaqlarda və barmaqlarda ağrı, sümük ağrısı, halsızlıq və saç tökülməsi, dəyişkən ruh halı, yuxusuzluq kimi əlamətlərlə özünü göstərir. D vitaminin hədsiz çatışmazlığı xərçəng, xroniki yorğunluq, diabet, hipertoniya, depressiya, sümük xəstəlikləri və ürək xəstəliklərinə yol aça bilər. D vitamini əskikliyi xüsusilə kök insanlarda və kökəlməyə meyilli insanlarda daha çox rast gəlinir. Hətta bu vitamin çatışmadıqda arıqlamaq istəyi demək olar ki, puça çıxır. 
  
D vitamini əskikliyini öyrənmək üçün sadə qan analizi vermək kifayətdir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 28-03-2020