Səhərlər acqarına su içdikdə orqanizmdə NƏ BAŞ VERİR?


Səhərlər acqarına su içməyin 4 vacib faydası...

seherler-acqarina-su-icdikde-orqanizmde-ne-bas-verir
23.03.2023 12:12 1 dəq oxuma

Su içməyin faydalarını bilməyən yoxdur. Orqanizmimiz üçün olduqca əhəmiyyətli olan su acqarına içildikdə faydası ikqat artmış olur.

TurpKimi.com səhərlər acqarına su içməyin 4 vacib faydasını sizin üçün sadalayır:

Acqarına su içmək böyrəklərdə daşların yaranmasına yol açan turşuları yox edir. Həmçinin toksinlərin səbəb olduğu müxtəlif sidik yolları infeksiyalarından qoruyur.

Səhər acqarına su içdiyiniz zaman bütün toksinlər atılır və həzm sisteminiz inkişaf etməyə başlayır. Nəticədə siz daha az aclıq hiss edəcəksiniz. Həddindən artıq yemək istəyiniz azalacaq və arıqlama prosesiniz asanlaşacaq.

Oyandıqdan sonra maye içmək bədəninizdə çıxarılmasını gözləyən toksinlərin xaric olmasına kömək edəcək. Beləliklə, daha təmiz bir dəriyə sahib olacaqsınız. Dəriniz qurumaz və soyulmaz, həm də daha parlaq və canlı görünəcək.

Su saçın çəkisinin demək olar ki, dörddə birini təşkil edir. Bol su içmək saçları daxildən qidalandırır. Yetərsiz su qəbulu saçların kövrək və nazik olmasına səbəb ola bilər. Parlaq və sağlam saçlar üçün hər gün su içməlisiniz.

Onurğanın oynaqlarında və disklərində olan qığırdagın təxminən 80 faizi sudan ibarətdir. Uzun müddət susuz qalmaq, oynaqların stressi qəbul etmə qabiliyyətini azaldaraq oynaq ağrılarına səbəb ola bilər. Ona grə də gecə boyu susuz qalan bədənə səhər oyanan kimi lazımi su verilməlidir.

Firuzə Alimova / TurpKimi.com