Yaşıl çayla beyninizi gücləndirin.
C və B vitaminləri ilə zəngin yaşıl çay gündəlik vitamin ehtiyacınızı qarşılayar.
TurpKimi.com mütəxəssislərin rəylərinə əsasən yaddaşı gücləndirmək və beyin performansını artırmaq üçün təsirli yol təqdim edir:
Səhər yuxudan oyanmaq çox çətin olur, hətta çoxları bu yorğunluqdan canını asanlıqla qurtara bilmir.
Səhərlər günə enerjili başlanğıc etmək istəyənlər üçün çay və qəhvə əsas vasitədir. Xüsusilə, yaşıl çay zehni oyanıqlığı artıraraq fokuslanmağı asanlaşdıra bilər.
Beyin gücünü və zəkanı artırmaq üçün ən sürətli yol səhərlər yaşıl çay içməkdir. Ancaq, yaşıl çayın faydaları bununla bitmir. Yaşıl çayın sizə təmin edə biləcəyi faydalar:
Yaşıl çay tərkibində C və B vitaminləri, maqnezium, kalium, flor kimi mineralları saxlayan təbii bir məhsuldur. Bu xüsusiyyətləri sayəsində xolesterol və yağ tarazlığını yaxşılaşdırar, təzyiqi nizamlayar, damar sərtliyini önləyər və bağırsaq sağlamlığını gücləndirər. Vücudu canlandırıcı və təzələyici təsiriylə də tanınar.
SƏHƏRLƏR YAŞIL ÇAY İÇMƏK ÜÇÜN 5 SƏBƏB:
BEYİN FUNKSİYASINI İNKİŞAF ETDİRƏR: Yaşıl çaydakı kafein və L-theanine kombinasiyası zehni oyanıqlığı artıra və fokuslanmağı inkişaf etdirməyə köməkçi olar.
MADDƏLƏR MÜBADİLƏSİNİ SÜRƏTLƏNDİRƏR: Yaşıl çaydakı kafein və katexinlər maddələr mübadiləsini sürətləndirərək piylərin əriməsini dəstəkləyə bilər, bu da kilo vermə və sağlam bədən quruluşunu qorumaq baxımından faydalı ola bilər.
ÜRƏK XƏSTƏLİYİ RİSKİNİ AZALDAR: Yaşıl çaydakı antioksidantlar xüsusilə katexinlər ürək xəstəliyi riskini azaltmağa köməkçi olar. Qan təzyiqini aşağı salar, iltihablanmanı azaldar və xolesterol səviyyələrini nizamlayar.
HƏZMƏ FAYDA QATAR: Yaşıl çay həzmi yaxşılaşdıra bilən polifenollar ehtiva edir. Bu, bağırsaqdakı iltihabı azalda və sağlam bağırsaq bakteriyalarının böyüməsinə təşviq edər.
İMMUNİTET SİSTEMİNİ GÜCLƏNDİRƏR VƏ XƏRÇƏNG RİSKİNİ AZALDAR: Yaşıl çaydakı polifenol və katexinlərin immunitet sistemini gücləndirə biləcəyi və müəyyən xərçəng xəstəliklərinə tutulma riskini azalda biləcəyi məlum olub.
YAŞIL ÇAY KİMLƏR ÜÇÜN TƏHLÜKƏLİDİR?
Kardiovaskulyar xəstəliyi olanlar, böyrək xəstələri, tiroid funksiya pozğunluğu olanların həkimlə məsləhətləşmədən istehlak etməmələri təklif edilir. Yaşıl çayın bəzi dərmanlarla qarşılıqlı təsir göstərəcəyi unudulmamalıdır.
HAMİLƏLİKDƏ YAŞIL ÇAY İÇMƏK OLARMI?
Hamiləlikdə həddindən artıq yaşıl çay istehlakı fol turşusu səviyyəsini aşağı sala bilər. Bu səbəblə hamilələrin xüsusilə ilk üç ayda yaşıl çay istehlakına diqqət yetirmələri və daha sonra həkimlə məsləhətləşərək məhdud miqdarda istehlak etmələri təklif edilər. Əmizdirən anaların isə kafein qəbuuna diqqət yetirmələri vacibdir.
GÜNDƏ NƏ QƏDƏR YAŞIL ÇAY İÇƏ BİLƏRİK?
Bir fincan yaşıl çayda 50-100 mq katexin və 30-40 mq kafein var. Gündə ən çox 3 fincan istehlak etmək məsləhətdir. Kafeinin miqdarına diqqət yetirmək və gündəlik 1,5 qramı aşmamaq lazımdır. Xüsusilə, yuxusuzluq problemi yaşayanlar üçün naharda və ya gün içində istehlak etmək məsləhətdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com